Cəmiyyət tərəfindən həyata keçirilən mühüm prioritet hədəflərdən biri abonentlər tərəfindən istehlak edilmiş elektrik enerjisi üzrə debitor borcların tam həcmdə yığılmasıdır. Debitor borcların yığılması “Azərişıq” ASC-nin maliyyə vəsaitlərinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Həmin vəsait “Azərişıq” ASC tərəfindən enerji istehsalçılarından topdan alınmış elektrik enerjisinin dəyərinin öhdəlik tələbləri çərçivəsində ödənilməsi, paylayıcı qurğu və avadanlıqların saxlanması, onlara texniki xidmətin vaxtında göstərilməsi, həmçinin işçi personalın əmək haqlarının ödənişinin təmin edilməsinə yönəldilir. Bu baxımdan istehlakçılara satılmış elektrik enerjisinin dəyərinin vaxtında və tam ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, istehlakçıların ödəniş intizamını pozmaması, “Elektrik enerjisindən istifadə Qaydaları”na istehlakçılar tərəfindən əməl olunması daim diqqət mərkəzində saxlanılır.
Bununla əlaqədar olaraq, abonentlərin istehlak etdikləri elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi istiqamətində maarifləndirmə işlərinin aparılması məqsədilə “Azərişıq” ASC-nin struktur bölmələrinin əməkdaşları tərəfindən müntəzəm olaraq tədbirlər həyata keçirilir. Abonentlərə təqdim edilən bildiriş xəbərdarlıqlarında istehlak edilən elektrik enerjisinin dəyərinin ödənilməsi diqqətlərinə çatdırılır və qanunla nəzərdə tutulmuş müddətdə elektrik enerjisinin dəyərinin ödənilmədiyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilir.
Şəbəkələrdə sayğac oxunmalarında şəffaflığın təmin edilməsi məqsədiilə “Optik göz” qurğusundan istifadə edilir. Bu isə öz növbəsində xətaların qarşısının alınmasında xüsusi rol oynayır. Bundan əlavə olaraq “Smart kart” və SMS tipli sayğaclarla təchiz olunan abonentlərin ödəniş proseslərinin asanlaşdırılması üçün ”card reader” qurğuları istifadəyə verilmişdir. “Card reader” qurğusu ilə abonentlər evdən çıxmadan “Smart kart” tipli sayğacın balansını artıra bilirlər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə əsasən elektrik enejisinin istifadəsində qeyri-qanuni elektrik şəbəkəsinə qoşulma hallarına qarşı “Azərişıq” ASC-nin müvafiq strukturları tərəfindən tədbirlər həyata keçirilir.
Hörmətli abonentlər, istehlak etdiyiniz elektrik enerjisinin dəyərini vaxtında ödəyin.
Digər xəbərlər
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 01 May 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 12 Yanvar 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində tədbirlər mütəmadi həyata keçirilir 05 Fevral 2026
- Bakı və Sumqayıtın bu ərazilərində fasilə yaranacaq 13 May 2026