Elektrik enerjisi itkilərinin azaldılması istiqamətində həyata keçirilən işlər, bu sahədə normativ sənədlərin tələblərinə uyğun olaraq aparılır və ilk növbədə həyata keçirilən tədbirlər itkiləri yüksək olan əraziləri – şəbəkələri əhatə edir. İtkiləri aradan qaldırmaq məqsədlə 100 yaşayış məntəqəsi seçilmişdir.
Həmin yaşayış məntəqələrinin 54 – də 10/6/0,4 kV çıxış xətlərinin yenidən qurulması işləri tam başa çatdırılımış, digər məntəqələrdə isə işlər davam etdirilir. Yenidənqurma işləri nəticəsində 100 yaşayış məntəqəsini qidalandıran 10/6 Kv-luq çıxış xətlərində enerji itkisi 20,6 mln. kVts azaldılmışdır.
Mütəmadi olaraq elektrik şəbəkələrində itkiləri yüksək olan ərazilər üzrə təhlillər aparılır və baş verənlərin aradan qaldırılması üçün tədbirlər hazırlanır.
Bakı və Regional RETSİ-lər üzrə elektrik şəbəkələrində itkisi çox olan 10/6 kV-lıq transfotmatorların çıxışına baxış keçirilmiş, abonentlərin transformatorlara bağlantılarında olan kənarlaşmalar, həddindən artıq yüklənmiş transformatorlar müəyyən edilmiş və görülən işlərlə bağlı müvafiq sənədləşmələr aparılmışdır.
Müasir texnologiyaların və innovativ metodların tətbiqi ilə əlaqədar olaraq, Cəmiyyət, “Azərenerji” ASC və müstəqil enerji istehsalçılarından aldığı enerjinin ölçülməsi məqsədilə balans nöqtələrində müasir uçot cihazları olan Luna KSM-50 tipli nəzarət sayğaclarının və AMR qurğularının quraşdırılması işinə başlamış və hazırda bu tədbirlər davam etdirilir. Eyni zamanda ağıllı şəbəkələrin qurulması istiqamətində pilot layihə olaraq Nəsimi elektrik şəbəkəsində yarımstansiya və transformator məntəqələrində online balans sisteminin qurulması məqsədi ilə balans sayğaclarına modemlərin quraşdırılması işləri aparılmışdır..
Görülən işlərin məntiqi nəticəsi olaraq itkilər 77,1 mln. kVts azaldılmışdır.
Enerji itkilərinin azaldılması, enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Itkilər, yeni və daha səmərəli transformatorların quraşdırılması, rəqəmsal yarımstansiyaların tikilməsi, paylayıcı şəbəkələrin daha yüksək gərginlikdə çalışdırılması, cərəyan daşıma qabiliyyətinin azaldıması, güclərin proporsional bölüşdürülməsi və s. kimi tədbirlər vasitəsilə azaldıla bilər. İtkilərin azaldılması yolunda mühüm bir addım Smart (ağıllı) sayğacların quraşdırılması işinin sürətləndirilməsidir, çünki bu sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır və eyni zamanda qanunsuz qoşulmaların və müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Bu da öz növbəsində istehlak olunan elektrik enerjisinin həcminin daha dəqiq ölçülməsinə imkan yaradır.
Digər xəbərlər
- Siyəzəndə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 11 Aprel 2025
- “Azərişıq” ASC “Ekspo 2025” dünya sərgisində fəal iştirak edir 07 İyun 2025
- “Azərişıq” ASC-nin nümayəndələri Qusarda fermer və sahibkarlarla görüşüb 09 İyul 2025
- Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaqXətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 28 İyul 2025
- ADSEA-ya məxsus su xəttində baş verən qəza ilə əlaqədar Biləcəri qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq 28 İyul 2025