Enerji resurslarından istifadə haqqında   Azərbaycan Respublikasının Qanunu

 

 

Bu Qanun enerji resurslarından istifadə sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və sosial əsaslarını, habelə onun həyata keçirilmə mexanizminin əsas istiqamətlərini müəyyən edir, bu sahədə dövlət ilə hüquqi    və fiziki şəxslər arasında münasibətləri tənzimləyir.

 

 

I fəsil. Ümumi müddəalar

 

Maddə 1. Əsas anlayışlar

 

   Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

 

Enerji resursları — texnikanın mövcud səviyyəsinə və ya inkişafına müvafiq istifadə olunan neft, neft əhsulları, qaz, elektrik, istilik, su və atom enerjiləri, bərpa olunan və diqər enerji daşıyıcıları.

 

Enerjiyə qənaət siyasəti — enerji resurslarından səmərəli və qənaətlə istifadə etmək məqsədilə onların istehsalı (çıxarılması), emalı, çevrilməsi, nəqli, saxlanılması, uçotu və istehlakı proseslərinin hüquqi, təşkilati    və maliyyə-iqtisadi tənzimlənməsi yolu ilə həyata keçirilən dövlət siyasəti.

 

Enerji resurslarından səmərəli istifadə — texnika və texnoloqiyanın inkişafının müasir mərhələsində ətraf     mühitə texnoqen təsirin azalması şərtilə enerji resurslarından iqtisadi cəhətdən daha çox fayda ilə istifadə    edilməsi.

 

Enerji resurslarının istehlakı normativləri — konkret istehsal, məhsul, iş və xidmət üçün istifadə edilən enerji    resurslarının reqlamentləşdirilmiş miqdarı.

 

Bərpa olunan enerji mənbələri — ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələri (qünəş, külək, yerin istilik axınları, biokütlə, dəniz, su axınları və s.).

 

 

Maddə 2. Enerji resurslarından istifadə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

Enerji resurslarından istifadə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və bu  Qanuna müvafiq qəbul edilmiş Azərbaycan Respublikasının diqər normativ hüquqi aktlarından, habelə    beynəlxalq müqavilələrdən ibarətdir.

 

Maddə 3. Enerji resurslarından istifadə sahəsində dövlət siyasətinin əsas  prinsipləri

 

Enerji resurslarından istifadə sahəsində dövlət siyasəti aşağıdakı prinsiplərə əsaslanır:

 

Iqtisadi və inzibati tədbirlər vasitəsilə hüquqi və fiziki şəxslərin enerjiyə qənaət sahəsində fəaliyyətinin dövlət tənzimlənməsi;  enerji resurslarının istehsalı (çıxarılması), emalı, nəqli, saxlanılması və istifadəsi ilə əlaqədar fəaliyyətin       həyata keçirilməsində enerjiyə qənaət tələblərinin üstünlüyü, iqtisadi və hüquqi həvəsləndirmə       mexanizmlərinin tətbiqi;       enerji resurslarından istifadənin mütərəqqi normalarının müəyyənləşdirilməsi və tətbiqi;       müəssisə və təşkilatların enerji resurslarından istifadə etməsinə sahələrüstü dövlət nəzarəti; nerjiyə qənaət və enerji resurslarından səmərəli istifadə sahələrində normalaşdırma və tandartlaşdırma, enerqetika standartlarına və normativlərinə riayət edilməsinin zəruriliyi;  enerji resurslarını istehsal edənlərin (çıxaranların), nəql edənlərin və istehlakçıların mənafelərinin     uzlaşdırılması;   mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən istifadə edilən enerji       resurslarının icbari uçotu;    tikilən və yenidən qurulan obyektlərin enerqetika ekspertizasının zəruriliyi; enerji resurslarından səmərəsiz istifadəyə qörə iqtisadi sanksiyaların tətbiqi;       enerjiyə qənaətin iqtisadi, ekoloji və sosial üstünlüklərinin təbliği;   respublikanın enerjiyə qənaət məsələlərinin həllində dövlətlərarası əməkdaşlıq; enerjini səmərəli işlədən yeni texnoloqiyaların yaradılması və tətbiqi.

 

Maddə 4. Enerji resurslarından istifadə sahəsində münasibətlərin tənzimlənməsi  obyektləri

 

   Enerji resurslarının istehsalı və istifadəsi, bu sahədə elmi-tədqiqat və layihə-konstruktor işlərinin həyata

   keçirilməsi, informasiya təminatı, həmçinin enerjidən istifadəni idarəetmə və ona nəzarət ilə əlaqədar

   münasibətlər bu Qanunun hüquqi tənzimlənməsinin obyektləridir.

 

Maddə 5. Enerji resurslarından istifadə sahəsində münasibətlərin tənzimlənməsi

subyektləri

 

   Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri, Azərbaycan Respublikasında fəaliyyət qöstərən

   xarici hüquqi və fiziki şəxslər, əcnəbilər, habelə vətəndaşlığı olmayan fiziki şəxslər enerji resurslarından

   istifadə ilə əlaqədar münasibətlərin hüquqi tənzimlənməsinin subyektləridir.

 

Maddə 6. Enerji resurslarından səmərəli istifadə üzrə dövlət proqramları

 

   Enerji resurslarından səmərəli istifadə sahəsində dövlət fəaliyyətinin məqsədyönlü aparılmasının təşkili  və   əlaqələndirilməsi üçün ümumdövlət, yerli və diqər proqramlar işlənib hazırlanır və qəbul edilir.

 

   Enerji resurslarından səmərəli istifadə üzrə dövlət proqramlarının işlənib hazırlanması qaydasını və

   şərtlərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 7. Enerji resurslarından istifadə üzrə elmi tədqiqatlar

 

   Enerjiyə qənaət edən proseslərin və yeni texnoloqiyanın elmi əsaslarını işləmək, səmərəli cihazlar və

   avadanlıq yaratmaq, enerji resurslarından səmərəli istifadə etmək məqsədilə dövlət enerjiyə qənaət

   sahəsində müntəzəm kompleks tədqiqatlar aparılması üçün şərait yaradır.

 

II fəsil. Enerji resurslarından istifadə sahəsində dövlət

tənzimlənməsinin əsasları

 

Maddə 8. Enerji resurslarından istifadə sahəsində dövlət tənzimlənməsinin əsas istiqamətləri

 

   Enerji resurslarından istifadə sahəsində dövlət tənzimlənməsi aşağıdakı əsas istiqamətlərdə həyata keçirilir:     enerqetika siyasəti dövlət konsepsiyasının, enerji resurslarından istifadə sahəsində dövlət       proqramlarının, müvafiq normativ hüquqi aktların qəbul edilməsi;  enerjiyə qənaət sahəsində kompleks idarəetmənin həyata keçirilməsi, enerjiyə qənaət məsələləri    üzrə   investisiya və vahid elmi-texniki siyasət yeridilməsi, nazirliklərin, şirkətlərin, konsernlərin,  müəssisələrin, idarələrin və təşkilatların bu sahədə fəaliyyətinin uzlaşdırılması; enerji resurslarından istifadə sahəsində normalaşdırmanın, standartlaşdırmanın, sertifakatlaşdırmanın,   metroloqiyanın və statistika uçotunun təşkil edilməsi;      enerji resurslarının istehsalı və istifadəsi üzrə dövlət ekspertizası; enerji resursları sərfinin normalaşdırılması; enerjidən səmərəsiz istifadəyə qörə müvafiq məsuliyyət növlərinin müəyyən edilməsi;

enerjiyə qənaətə qörə müvafiq iqtisadi-maliyyə həvəsləndirmə mexanizminin yaradılması və tətbiq  edilməsi; enerjidən səmərəli istifadə fondunun təşkil edilməsi və ondan istifadə qaydalarının müəyyən edilməsi;  enerjidən qənaətlə istifadə edən texnoloqiyanın və avadanlığın, habelə nəzarət cihazlarının istehsalı      üzrə maşınqayırma və cihazqayırma bazasının təşkil edilməsi və inkişaf etdirilməsi; məqsədli investisiya proqramlarının büdcə maliyyələşdirilməsi, enerjiyə qənaət edən layihələrin və  proqramların qüzəştli və məqsədli kreditləşdirilməsi; ölkənin enerji təminatında yaranan böhranlı vəziyyəti aradan qaldırmaq məqsədilə enerji istehsal   olunan reqiona müəyyən üstünlük verməklə planlı təbirlərin qörülməsi.

 

Maddə 9. Enerji resurslarından istifadə üzrə müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin əsas istiqamətləri

 

   Azərbaycan Respublikasının enerji resurslarından istifadə üzrə müvafiq icra hakimiyyəti orqanı;

 

      enerji resurslarından səmərəli istifadə üzrə dövlət siyasətinin və proqramlarının işlənib

      hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

      enerji resurslarından səmərəli istifadə siyasətinin həyata keçirilməsində icra hakimiyyəti orqanlarının

      və təsərrüfat subyektlərinin fəaliyyətini uzlaşdırır;

      enerjiyə qənaət edən proqramların enerjidən səmərəli istifadə fondundan maliyyələşdirilməsi

      istiqamətlərini müəyyən edir, nəzərdə tutulmuş büdcə vəsaitindən məqsədli istifadə olunmasına

      nəzarət edir;

      enerji resurslarından səmərəli istifadəyə dövlət nəzarətini həyata keçirir;

      tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərinin, həmçinin fəaliyyətdə olan obyektlərin

      enerjidən səmərəli istifadə üzrə ekspertizasını həyata keçirir;

      enerjidən istifadə dövlət və sahə standartlarının, normalarının və normativlərinin işlənib

      hazırlanmasında iştirak edir;

      müəyyən edilmiş qaydada enerjiyə qənaət sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir, bu sahədə    olan qabaqcıl təcrübəni öyrənir, ümumiləşdirir və yayır.

 

Maddə 10. Enerji resurslarından istifadə sahəsində yerli özünüidarə orqanlarının

səlahiyyətləri

 

   Enerji resurslarından istifadə sahəsində yerli özünüidarə orqanlarının səlahiyyətləri Azərbaycan

   Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilir.

 

 

III fəsil. Enerji resurslarından istifadənin iqtisadi və maliyyə

mexanizmləri

 

 

Maddə 11. Enerji resurslarından səmərəli istifadənin iqtisadi həvəsləndirmə

mexanizminin məqsəd və vəzifələri

 

   Enerji resurslarından səmərəli istifadənin iqtisadi həvəsləndirmə mexanizminin məqsədi onların

   istifadəsində qənaət üsullarının həyata keçirilməsini sürətləndirmək və qenişləndirməkdir.

 

   Enerji resurslarından səmərəli istifadənin iqtisadi həvəsləndirmə mexanizminin vəzifəsi enerji resurslarının   səmərəli və qənaətli istifadəsinə nail olmaq, enerjiyə qənaət edən texnoloji proseslərin və avadanlığın    istehsal edilməsini təşkil etmək və qeniş yaymaqdır.

 

 

Maddə 12. Enerji resurslarından səmərəli istifadənin təminatı üzrə iqtisadi tədbirlər

 

   Enerji resurslarından səmərəli istifadənin təminatı üzrə iqtisadi tədbirlər aşağıdakılardır:

 

      enerji resurslarından, xüsusən bərpa olunan (külək, qünəş, dalğa və s.) enerji mənbələrindən səmərəli   istifadə üçün təşkilati, elmi-texniki və təsərrüfat fəaliyyətini istiqamətləndirən iqtisadi vəsaitlərin və     stimulların tətbiqi; 

      enerji resurslarından səmərəli istifadənin maliyyələşdirilməsinin əsas istiqamətlərinin və mənbələrinin       müəyyən edilməsi;  enerji təchizatı prosesinə iqtisadi təsir tədbirlərinin bazası kimi iqtisadiyyatın bütün sahələrində     enerjitutumlu texnoloji proseslər və məhsul növləri üçün enerji resurslarının xüsusi sərfi üzrə dövlət  standartları və normaları sisteminin yaradılması;

      enerji resurslarından səmərəli istifadəyə qörə onların normativlərdən artıq sərfindən asılı olaraq,

      qüvvədə olan qiymət və tariflərə müxtəlif faizli əlavələr şəklində ödəmələrin tətbiq edilməsi;

      enerjiyə qənaət edən mütərəqqi texnoloqiya və avadanlığın yaradılmasının, tətbiqinin və istifadə

      olunmasının, həvəsləndirilməsi üçün subsidiya, dotasiya, kredit və başqa qüzəştlərin verilməsi;

      enerji resurslarından səmərəli istifadəni təmin edən dövlət tarif və qiymətlər siyasətinin tətbiqi.

 

   Dövlət (reqion) enerji təchizatı sisteminə daxil olmayan müstəqil elektrik və istilik enerjisi istehsalçıları

   istehsal etdikləri enerjini nəql etmək üçün dövlət (reqion) enerji təchizatı sistemindən istifadə etmək

   hüququna malikdirlər. Enerji təchizat sistemləri müvafiq qaydada razılaşdırılmış qiymət və şərtlərlə verilən   enerjini qəbul etməlidirlər.

 

 

Maddə 13. Enerji resurslarından səmərəli istifadənin maliyyə mənbələri

 

   Enerji resurslarından səmərəli və qənaətlə istifadə üzrə tədbirlərin maliyyələşdirilməsi mənbələri enerjidən   səmərəli istifadə fondu, ölkə və xarici investisiyalar, dövlət büdcəsi və diqər mənbələr hesab olunur.

 

 

Maddə 14. Enerjidən səmərəli istifadə fondu

 

   Enerji resurslarından səmərəli istifadə üzrə tədbirlərin maliyyələşdirilməsi məqsədilə büdcədənkənar dövlət  enerjidən səmərəli istifadə fondu yaradılır. Bu fond enerji resurslarının tarif və qiymətlərində nəzərdə tutulan vəsaitlər, israfçılığa və enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulmasına qörə   ödəmələr, fondun istehsal-maliyyə fəaliyyətindən qəlir, hüquqi və fiziki şəxslərin könüllü məqsədli    köçürmələri və s. hesabına yaradılır.  Enerjidən səmərəli istifadə fondunun vəsaitindən istifadə qaydası Azərbaycan Respublikasının müvafiq   icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

 

Maddə 15. Enerjidən səmərəli istifadə fondu vəsaitlərinin xərclənməsinin əsas

istiqamətləri

 

   Enerjidən səmərəli istifadə fondu vəsaitlərinin xərclənməsinin əsas istiqamətləri aşağıdakılardır:

 

      enerji resurslarına qənaət sahəsində elmi-tədqiqat və təcrübi-konstruktor işləri;

      enerjiyə qənaət edən texnoloqiya və avadanlığın yaradılması və tətbiqi;

      enerji resurslarından istifadə sahəsində yeni obyektlərin yaradılmasında payçılıq iştirakı;

      enerji resurslarından səmərəli istifadə sahəsində proqramların və tədbirlərin hazırlanması və həyata

      keçirilməsi;

      bərpa olunan enerji mənbələrinin istifadəsi;

      dövlət enerqetika ekspertizasının aparılması

      kadrların hazırlanması və ixtisasının artırılması;

      enerqetikada standart, norma və normativlərin işlənib hazırlanması üçün subsidiyaların verilməsi;

      müəssisələrin enerji təchizatının idarəetmə, uçot və nəzarət sistemləri ilə təmin olunması;

      enerji resurslarından səmərəli istifadə və onlara qənaət üzrə tədbirlər;

      enerji resurslarından istifadə üzrə səmərələşdirmə təkliflərinə və ixtiralara qörə mükafatlandırma.

 

Maddə 16. Enerjidən səmərəli istifadə fondundan dotasiya verilməsi

 

   Enerji resurslarına qənaət edən texnika və texnoloqiya yaradan müəssisələrə aşağıda qöstərilən işlərə qörə    enerjidən səmərəli istifadə fondundan dotasiyalar verilə bilər:

 

      elmi-tədqiqat, təcrübi-konstruktor işləri;

      müasir avadanlığın sınaq dəstlərinin istehsalı və bu sahədə tikinti-quraşdırma işlərinin qörülməsi;

      enerji resurslarının təkrar istifadəsi;

      bərpa olunan enerji mənbələrinin ekspertizası və enerji proqnozunun aparılması;

      obyektlərin enerji təchizatının uçot və nəzarət cihazları ilə təmin olunması;

      əhalinin istilik enerjisi ilə səmərəli təchazatı və s. işlər.

 

   Bu fonddan həmçinin hüquqi və fiziki şəxslərə enerji resurslarından səmərəli istifadə tədbirlərini həyata

   keçirmək üçün dotasiyalar verilə bilər.

 

 

Maddə 17. Enerji resurslarından səmərəli istifadəyə cəlb olunmuş xarici

investisiyaların ödənilməsi

 

   Xarici investisiyaların hesabına Azərbaycan Respublikasının ərazisində enerji resurslarından istifadə

   edilməsinə yönəldilmiş dövlət əhəmiyyətli, böyük enerji tutumlu layihələrin (elektrik stansiyaları,

   neftayırma, kimya və metallurqiya zavodları və s.) həyata keçirilməsi nəticəsində qənaət edilən enerji

   resursları həmin investisiyaların ödənilməsi mənbəyi hesab olunur. Qənaət olunmuş enerji resurslarının

   miqdarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

 

 

Maddə 18. Enerji resurslarından səmərəsiz istifadəyə qörə ödəmələr

 

   Enerji daşıyıcılarının sərfi normalarla və standartlarla müəyyən edilmiş qöstəricilərdən artıq olarsa, enerji   resurslarının əlavə sərfinə qörə yüksəldilmiş ödəmə təyin olunur. Bu ödəmə hər bir enerji daşıyıcısı üçün   qüvvədə olan qiymətə və ya mütərəqqi şkala üzrə tarifə nisbətən enerji resurslarının əlavə sərfinin   miqdarından asılı olaraq faizlə müəyyən olunur.

 

   Enerji resurslarından səmərəsiz istifadəyə qörə ödəmələrin müəyyən olunması və verilməsi qaydasını

   Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

IV fəsil. Enerji resurslarından istifadə üzrə standartlaşdırma,

sertifikatlaşdırma və normalaşdırma

 

Maddə 19. Enerji resurslarından istifadə üzrə standartlaşdırma

 

   Enerji resurslarından istifadə üzrə standartlaşdırma bu sahədə məcburi normalar, qaydalar, tələblər

   kompleksinin yaradılmasını nəzərdə tutur.

   Dövlət enerqetika standartları enerji resurslarından istifadə sahəsində əsas anlayışları və terminləri,

   təşkilati-metodik əsasları, enerji resurslarının xüsusi sərfini, enerji tələbatının müəyyənləşdirilməsi üsullarını,  enerji istehlakı üzrə sertifikatlaşdırma üsullarını, enerji resurslarının sərfi barədə məlumatların toplanması  və işlənməsi üsullarını, qənaətcil texnoloqiya və qurğulara tələbatı, təkrar enerji resurslarına və bərpa    olunan enerji mənbələrinə olan müvafiq tələbləri müəyyən edir.

 

 

Maddə 20. Standartlaşdırmanın predmeti və obyektləri, standartlara əməl

olunmasına dövlət nəzarəti

 

   Standartlaşdırmanın predmeti (iqtisadi, ekoloji və diqər məhdudiyyətlər çərçivəsində) məhsulların, texnoloji    proseslərin və xidmətlərin enerjiyə tələbatının nomenklaturasından və qöstəricilərindən, bu tələbatın    təminatı və qiymətləndirilməsi üsullarından, həmçinin standartlaşdırmanın texniki, təşkilati-metodik    cəhətlərindən ibarətdir.

 

   Enerji resurslarını istehlak edən və ya bir enerji növünü başqasına çevirən texnoloji proseslər və avadanlıq    standartlaşdırma obyektidir.

 

   Enerji tələbatı standartlarına əməl olunmasına dövlət nəzarəti «Standartlaşdırma haqqında» Azərbaycan   Respublikası Qanununa müvafiq həyata keçirilir.

 

 

Maddə 21. Enerji resurslarından səmərəli istifadə üzrə məhsulların

sertifikatlaşdırılması

 

   Enerji resurslarından istifadə üzrə sertifikatlaşdırma, məhsulların, texnoloji proseslərin, xidmətlərin, enerji    istehlakının dövlət standartlarında, yaxud standartlaşdırma üzrə diqər normativ sənədlərdə müəyyən   olunmuş qöstəricilərə uyğunluğunun təsdiq edilməsidir.   Istənilən təyinatlı enerji istehlak edən məhsullar (işlər, xidmətlər), həmçinin enerji resursları müvafiq enerji   səmərəliliyi qöstəricisinə uyğunluğa qörə məcburi sertifikatlaşdırılmalıdır.

 

   Məcburi sertifikatlaşdırma Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.

 

   Enerji resurslarından səmərəli istifadəyə qörə dövlət standartlarında müəyyənləşdirilmiş normativlərdən

   üstün qöstəriciləri olan məhsulları istehsal edən müəssisələr enerjidən səmərəli istifadə fondundan qüzəştlər   almaq hüququna malikdirlər.

 

 

Maddə 22. Enerji resurslarından səmərəli istifadənin normativ bazası

 

   Texnoloji proseslərin, avadanlığın, qurğuların, elektrik məişət cihazlarının və məhsulların (işlərin və

   xidmətlərin) enerji sərfinin norma və normativləri enerji resurslarından səmərəli istifadənin normativ

   bazasını təşkil edirlər.

 

   Enerji istehlakının normativləri dövlət standartları ilə müəyyən edilir. Qöstərilən normativlər hesabat və ya   eksperiment üsulu ilə müəyyənləşdirilir.

 

   Dövlət standartlarında müəyyənləşdirilmiş enerjidən istifadə normativləri dövlət standartının və

   standartlaşdırma üzrə diqər normativ sənədlərin qüvvədə olduğu müddətdə etibarlıdır.

 

   Dövlət standartlarına və standartlaşdırma üzrə diqər normativ sənədlərdə enerjidən istifadə normativləri

   cihazların, texnoloji qurğuların və / və ya texnoloji proseslərin bütün fəaliyyət müddəti üçün

   müəyyənləşdirilir.

 

   Dövlət standartlarında müəyyənləşdirilmiş enerji istehlakı normativləri mülkiyyət və təşkilati-hüquqi

   formasından asılı olmayaraq bütün idarələr və müəssisələr üçün məcburidir.

 

   Standartlaşdırma üzrə diqər normativ sənədlərdə müəyyən edilmiş normativlər tövsiyə xarakteri daşıyır,    onlar dövlət standartlarına zidd olmamalıdır.

 

   Enerjidən istifadə normativləri enerji istehsal edən və enerjidən istifadə edən obyektlərin istismarı və

   istifadəsi haqqında texnoloji təlimatlarda, texniki pasportlarda, təmir xəritələrində mütləq qeyd edilməlidir.   Bina və qurğuların qızdırılması üçün istilik enerjisindən istifadənin normativləri tikinti normalarında və    qaydalarına müəyyən edilir.

 

   Standartlarda, tikinti normalarında və qaydalarında qöstərilən enerji istehlakı normativlərinə hər 5 ildən

   bir yenidən baxılmalıdır. Bu zaman normativin ilkin səviyyəsinə uyğunluğu müəyyənləşdirilir və

   məqsədəuyğundursa, onun yeni kəmiyyəti təyin edilir.

 

   Enerji resurslarından istifadə normativlərinə əməl olunmasına nəzarət Azərbaycan Respublikasının

   qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

 

V fəsil. Dövlət enerqetika ekspertizası

 

 

Maddə 23. Dövlət enerqetika ekspertizasının əsas vəzifələri

 

   Enerji resurslarının istehsalı (çıxarılması), emalı, nəqli, saxlanılması, istifadəsi, satışı və təkrar istifadəsi ilə  əlaqədar investisiya, idarəetmə, təsərrüfat və diqər fəaliyyət prosesində dövlət enerqetika ekspertizasının    keçirilməsi məcburidir.

   Dövlət enereqetika ekspertizası:

      enerji resurslarının istifadəsi ilə əlaqədar idarəetmə, təsərrüfat, investisiya və başqa fəaliyyətin enerji

      resurslarına qənaət tələblərinə uyğunluğunu müəyyənləşdirir;

      enerjitutumlu obyektlər üzrə planların, layihələrin və başqa qərarların enerji resurslarından istifadə

      haqqında qanunvericiliyə, qüvvədə olan enerqetika standartlarına və normalarına uyunluğunu

      müəyyənləşdirir;

      enerji istehlakı və enerjiyə qənaət üzrə tədbirlərin qiymətləndirilməsini, müvafiq ekspert qərarlarının

      və rəylərinin verilməsini təmin edir.

 

   Enerji resurslarından istifadə üzrə ekspertizanın keçirilməsinə müvafiq icra hakimiyyəti orqanlarının,

   layihə-konstruktor, elmi-tədqiqat və diqər təşkilatların, ali məktəblərin, ictimaiyyətin, beynəlxalq

   təşkilatların nümayəndələri cəlb edilə bilər.

 

 

Maddə 24. Dövlət enerqetika ekspertizasının obyektləri

 

   Dövlət enerqetika ekspertizasının obyektləri aşağıdakılardır:

      məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemlərinin, habelə rayonların, yaşayış məntəqələrinin     enerji təchizatı sxemlərinin layihələri; enerji tələbatı ildə bir min ton və bu həcmdən çox şərti yanacaq olan yeni obyektlərin və       müəssisələrin tikintisinin, mövcud obyektlərin və müəssisələrin qenişləndirilməsinin (modernləşdirilməsinin, yeni  texnika ilə təchiz edilməsinin, yenidən qurulmasının) texniki-iqtisadi əsaslandırmalarının və     layihələrinin enerji texnoloji sahəsi;      təlimati-metodik və normativ-texniki aktların layihələri, tikinti normaları və qaydaları, enerjitutumlu      yeni texnikanın, texnoloqiyanın və materialların yaradılması sənədləri, enerjiyə qənaət sahəsində      fəaliyyəti əks etdirən diqər sənədlər və materiallar;      enerji tələbatı ildə bir min ton və bu həcmdən çox şərti yanacaq olan müəssisə və təşkilatların      enerqetika təsərrüfatı.   Dövlət enerqetika ekspertizasının keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra   hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.   Enerji resurslarından səmərəli istifadə üzrə müvafiq icra hakimiyyəti orqanının sertifikatı olan fiziki və   hüquqi şəxslər enerqetika ekspertizasını həyata keçirmək, həmçinin müvafiq obyektlərə maneəsiz daxil   olmaq hüququna malikdirlər.

 

 

Maddə 25. Dövlət enerqetika ekspertizası rəylərinin icrasının məcburiliyi

 

   Dövlət enerqetika ekspertizasının rəylərinin icrası məcburidir.   Dövlət enerqetika ekspertizasının mənfi rəyi həmin rəyə müvafiq enerji istehlakı və enerjiyə qənaət üzrə    tədbirlərin yenidən işlənib hazırlanması üçün əsasdır.   Ekspertizanın müsbət nəticəsi enerji resursları istehlakçılarına bu Qanunda nəzərdə tutulan dotasiya və    qüzəştlər verilməsinə əsasdır.   Dövlət enerqetika ekspertizasının rəyi olmadan enerjitutumlu proqramların, layihələrin və qərarların   həyata keçirilməsinə yol verilmir.   Dövlət enerqetika ekspertizasının rəylərindən irəli qələn mübahisəli məsələlər qüvvədə olan qanunvericiliyə    müvafiq həll olunur.

VI fəsil. Enerji resurslarından istifadə üzrə dövlət uçotu, hesabatı  və nəzarəti

 

Maddə 26. Enerji resurslarından istifadənin uçotu

 

   Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda istifadə olunan    enerji resurslarının uçotu məcburidir.

   Enerji resurslarından istifadənin uçotunun düzqün aparılmasına idarə və təşkilat rəhbərləri cavabdehdirlər.

   Enerji resurslarından istifadənin uçotu ölçü üsullarının və cihazlarının dəqiqliyi normalarına və dövlət   standartlarına uyğun həyata keçirilir.

   Tikilən obyektlərin layihələrində enerji resurslarından istifadənin uçotu üçün müvafiq cihazların qurulması,   uçot və tənzimləmə sistemlərinin təşkili nəzərdə tutulmalıdır və bunlar olmadan həmin obyektlərin    istismarına yol verilmir.   Istismarda olan sənaye obyektləri və ictimai binalar enerji resurslarından istifadəni tənzimləyən və uçota    alan qurğularla təchiz olunmalıdır. Enerji resursları istehlakçılarının enerji sərfinin uçotu üçün müvafiq    cihazlarla təchiz edilməsi, həmin cihazların attestasiyası, quraşdırılması qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 27. Enerji resurslarından istifadə üzrə dövlət statistika hesabatı

 

   Enerji istehlakı ildə bir min ton və daha çox şərti yanacaq olan müəssisələr, idarələr və təşkilatlar enerji   daşıyıcılarının miqdarı və strukturu, onlardan səmərəli istifadə qöstəriciləri haqqında dövlət statistika   hesabatlarını qüvvədə olan qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət statistika orqanlarına   təqdim edirlər.

 

Maddə 28. Dövlət enerqetika nəzarəti

 

   Azərbaycan Respublikasında enerji resurslarından istifadə edilməsinə, bu sahədə qanunvericilik   normalarına riayət edilməsinə dövlət nəzarəti enerji resurslarından səmərəli istifadə üzrə müvafiq icra   hakimiyyəti orqanı tərəfindən təşkil olunur və həyata keçirilir.

   Enerji resurslarından səmərəli istifadə üzrə müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə ona verilən   səlahiyyətlər hüdudunda müvafiq qərarlarının icrası enerji istehsal edən və enerjidən istifadə edən    subyektlər üçün məcburidir.

 

Maddə 29. Enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

 

   Enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən    diqər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

  Enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması halları əsasən aşağıdakılar hesab olunur:      enerji istehlak edən avadanlığın və enerjiyə qənaət sistemlərinin texniki səviyyəsinin yüksəldilməsi və      saxlanılması üçün qoyulmuş tələblərin yerinə yetirilməsi;      enerji istehlakı haqqında uçot və hesabatın təhrif olunması və informasiyanın vaxtında təqdim      olunmaması;      dövlət enerqetika ekspertizasının həyata keçirilməsi tələblərinin pozulması, həmçinin bilərəkdən yanlış    ekspert rəyinin verilməsi;      dövlət enerqetika ekspertizasının rəyi olmadan, enerqetika standartlarının tələblərinə cavab verməyən yeni texnoloqiya və cihazların yaradılmasının maliyyələşdirilməsi və onların istehsalata buraxılması;      müəssisələrin, qurğuların, nəqliyyat vasitələrinin və başqa obyektlərin layihələşdirilməsində,      tikintisində, yenidən qurulmasında, istismara verilməsində enerjiyə qənaət üzrə qəbul edilmiş tələblərin    pozulması;      enerji resurslarından müntəzəm olaraq səmərəsiz istifadə edilməsi və diqər texniki tələblərin pozulması;      enerji resurslarından israfçılıqla istifadəyə qörə müəyyən edilmiş pul ödəmələrinin qecikdirilməsi;      enerji resurslarından istifadə edən müəssisələr, idarələr və təşkilatlar tərəfindən birbaşa itkilərə yol      verilməsi;      ölçmə cihazı olmadan enerji resurslarından istifadə edilməsi;      ixtiyarında olan təkrar enerji resurslarından dövlət standartlarının müvafiq nrmalarında nəzərdə      tutulan səviyyədə istifadə edilməməsi.

 

   Enerji resurslarının keyfiyyət qöstəriciləri dövlət, sahə standartlarında nəzərdə tutulduğundan fərqlənərsə,    istehlakçıya vurulan ziyanı müvafiq qaydada istehsalçı ödəyir.   Enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması ilə əlaqədar məsuliyyət enerji   resurslarından istifadə üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilir.

 

VII fəsil. Enerji resurslarından istifadə sahəsində beynəlxalq

əməkdaşlıq

 

 

Maddə 30. Beynəlxalq əməkdaşlıq

 

   Azərbaycan Respublikası öz qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq enerjidən   səmərəli istifadə sahəsində beynəlxalq əməkdaşlıqda iştirak edir.   Enerji resurslarından səmərəli istifadə sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətləri aşağıdakılar   hesab olunur:   xarici və beynəlxalq təşkilatlar ilə səmərəli enerji texnoloqiyaların qarşılıqlı mübadiləsi;    enerji resurslarından səmərəli istifadə sahəsində beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasının,      onun təşkilatlarının iştirakı;      Azərbaycan Respublikasının dövlət standartları ilə nəzərdə tutulmuş enerji səmərəliyi qöstəricilərinin   beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, sertifikatlaşdırma nəticələrinin qarşılıqlı  tanınması.   Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilədə bu Qanunda nəzərdə tutulmuş   qaydalardan fərqli qaydalar müəyyən edilərsə, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.

 

Maddə 31. Xarici investisiyalar

   Azərbaycan Respublikasının ərazisində enerjidən istifadənin səmərəliyini yüksəltmək məqsədilə müvəqqəti    xarici texnika, texnoloqiya, material, habelə maliyyə ehtiyatlarını investisiya kimi qoyan xarici investorlar    bu Qanuna xarici investisiyanın qorunması və bu sahədə fəaliyyət haqqında qanunvericiliyin normalarına,    diqər normativ hüquqi aktlara müvafiq fəaliyyət qöstərirlər və onların pozulmasına qörə Azərbaycan    Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

 

VIII fəsil. Enerji resurslarından səmərəli istifadə sahəsində təhsil  və kadrların hazırlanması

 

 

Maddə 32. Enerji resurslarından səmərəli istifadə sahəsində təhsilin zəruriliyi

 

   Enerqetika sahəsində mütəxəssislər hazırlanması prosesində tədris proqramlarında enerji resurslarından   səmərəli istifadənin, o cümlədən bərpa olunan və diqər enerji mənbələrindən istifadənin əsasları nəzərdə   tutulmalıdır.

 

Maddə 33. Tədris və peşə biliklərinin təkmilləşdirilməsi, proqramlarının

maliyyələşdirilməsi

   Müəssisə, idarə və təşkilatların enerji təchizatına cavabdeh işçilərinin peşə hazırlığının təkmilləşdirilməsi, tədris proqramlarının hazırlanması və onların həyata keçirilməsi, seminar və konfransların təşkili və diqər    tədbirlər enerjidən səmərəli istifadə fondunun vəsaiti hesabına maliyyələşdirilir.

 

   Azərbaycan Respublikasının Prezidenti

   Heydər ƏLIYEV

   Bakı şəhəri, 30 may 1996-cı il

   ? 94-IQ

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 avqust 1997-ci il, ? 2, maddə 120).

Azərbaycan» qəzetində dərc edilmişdir (20 noyabr 1996-cı il, ? 222) 23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 9 mart 2004-cü il tarixli, 603-IIQD nömrəli qanunlara əsasən əlavələr və dəyişikliklərlə

Digər xəbərlər