
Hava şəritinin kəskin dəyişilməsini nəzərə alaraq 30-31 mart tarixlərində İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülüb.
Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib. Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb.
Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Fərdi qaydada belə hər hansı problemləri yaranarsa İstehlakçılardan 199 “Çağrı mərkəzi”nə zəng etmələri xahiş olunur.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin nümayəndələri İsmayıllıda fermer və sahibkarlarla görüşüb 17 İyun 2025
- Qubada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 İyun 2025
- “Azərişıq” ASC-nin gənc mütəxəssisləri Qırğızıstanda 2 nominasiya üzrə qalib olublar 07 İyul 2025
- Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 30 Yanvar 2025
- Şüvəlan qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 20 May 2025