Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasının ərazisində xarici investisiya qoyuluşunun hüquqi və iqtisadi prinsiplərini müəyyən edir. Qanun xalq təsərrüfatında xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl xarici texnikanın və texnoloqiyanın, idarəetmə təcrübəsinin cəlb olunmasına, bunlardan səmərəli istifadə edilməsinə yönəlmişdir və xarici investorların hüquqlarının müdafiəsinə təminat verir.
I bölmə. Ümumi müddəalar
Maddə 1. Xarici investisiya haqqında qanunvericilik
Azərbaycan Respublikasının ərazisində xarici investisiya ilə bağlı münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları və beynəlxalq müqavilələri ilə nizama salınır.
Maddə 2. Xarici investorlar
Azərbaycan Respublikasında xarici investorlar aşağıdakılar ola bilər:
a) xarici hüquqi şəxslər;
b) xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və xaricdə daimi yaşayış yeri olan Azərbaycan Respublikası vətəndaşları; bu şərtlə ki, onlar vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış olsunlar;
v) xarici dövlətlər;
q) beynəlxalq təşkilatlar.
Maddə 3. Xarici investisiya və onun qoyulması formaları
Xarici investorların mənfəət əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti və başqa növ fəaliyyət obyektlərinə qoyduqları əmlakın və əmlak hüquqlarının bütün növləri, o cümlədən intellektual fəaliyyətin nəticələrinə hüquqlar və əşya hüquqlarına aid olmayan diqər hüquqlar xarici investisiyadır.
Xarici investorlar Azərbaycan Respublikası ərazisində aşağıdakı yolla investisiya qoya bilərlər:
a) Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan müəssisələrdə, təşkilatlarda payçılıq iştirakı;
b) tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması;
v) müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak payının,
səhmlərin, istiqrazların və diqər qiymətli kağızların, habelə Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq surətdə xarici investorlara məxsus ola bilən başqa əmlakın əldə edilməsi;
q) torpaqdan və başqa təbii ehtiyatlardan istifadə hüquqlarının, habelə diqər əmlak hüquqlarının əldə
edilməsi;
ğ) Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə xarici investisiya qoyuluşunun
başqa formalarını nəzərdə tutan müqavilələr bağlanması.
Maddə 4. Dövlətsizləşdirmədə və özəlləşdirmədə xarici investorların iştirakı
Dövlət və bələdiyyə müəssisələrinin, habelə başa çatdırılmamış tikinti obyektlərinin özəlləşdirilməsində xarici investorlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən şərtlərlə və qaydada iştirak edə bilərlər.
Maddə 5. Xarici investisiyanın hüquqi rejimi
Bu Qanunda nəzərdə tutulmuş istisnalarla, xarici investisiyanın, habelə investisiya qoyuluşu sahəsində xarici investorların fəaliyyətinin hüquqi rejimi Azərbaycan Respublikasının hüquqi şəxslərinin və vətəndaşlarının əmlakı, əmlak hüquqları, habelə investisiya fəaliyyəti üçün yaradılmış rejimdən az əlverişli ola bilməz.
Xalq təsərrüfatının üstünlük verilən sahələrində və ayrı-ayrı ərazilərdə xarici investisiya üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə əlavə qüzəştlər müəyyən edilə bilər.
Investisiyaların cəlb edilməsi sahəsində dövlət müəssisələri və təşkilatları ilə bağlanmış kontraktların şərtlərinin icra olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 6. Fəaliyyət növləri
Xarici investisiyalı müəssisələr Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmamış hər hansı fəaliyyət növü ilə məşğul ola bilərlər.
Xarici investisiyalı müəssisələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıdakı ayrı-ayrı fəaliyyət növləri ilə yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər.
Maddə 7. Xarici investisiya üçün ərazi məhdudiyyətləri
Azərbaycan Respublikasının qanunvericilik aktları ilə elə ərazilər müəyyən edilə bilər ki, müdafiənin, milli təhlükəsizliyin, ətraf təbii mühitin və əhalinin müdafiəsinin təmin olunması mülahizələrinə qörə bu ərazilərdə xarici investisiyalı müəssisələrin fəaliyyəti məhdudlaşdırılsın və ya qadağan edilsin.
Maddə 8. Investisiya fəaliyyətinin əlaqələndirilməsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı xarici investisiyanın cəlb edilməsi və ondan istifadə olunması tədbirlərini hazırlayıb həyata keçirir, investisiya fəaliyyətini əlaqələndirir, xarici investorlara və xarici investisiyalı müəssisələrə kömək qöstərir.
II bölmə. Xarici investisiya üçün dövlət təminatları
Maddə 9. Xarici investisiyanın hüquqi müdafiəsi
Azərbaycan Respublikasının ərazisində xarici investisiya hüquqi cəhətdən tam və qeyd-şərtsiz müdafiə olunur. Belə müdafiə Azərbaycan Respublikasının bu Qanunu, başqa qanunvericilik aktları və beynəlxalq müqavilələri ilə təmin olunur.
Maddə 10. Qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təminatlar
Azərbaycan Respublikasının sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə on il ərzində xarici investisiyaya investisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir.
Bu müddəa müdafiənin, milli təhlükəsizliyin və ictimai qaydanın təmin olunması, kredit və maliyyə, ətraf
mühitin, əhalinin əxlaq və sağlamlığının mühafizəsi barəsində Azərbaycan Respublikası qanunvericiliyinin
dəyişdirilməsinə şamil edilmir.
Maddə 11. Milliləşdirmə və rekvizisiya ilə bağlı təminatlar
Azərbaycan Respublikasında xarici investisiya, Azərbaycan Respublikasının xalqına və dövlət
mənafelərinə zərər vuran müstəsna hallar istisna olmaqla, milliləşdirilmir. Milliləşdirmə haqqında qərarı Azərbaycan Respublikasının Ali Soveti qəbul edir.
Təbii fəlakət, qəza, epidemiya, epizootiya və fövqəladə xarakter daşıyan başqa hallar istisna olmaqla, xarici investisiya rekvizisiya edilmir.
Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul edir.
Milliləşdirmə və rekvizisiya tədbirləri qörüldükdə xarici investora təxirə salınmadan müqabil və səmərəli kompensasiya ödənilir.
Maddə 12. Xarici investorların zərərinin kompensasiya edilməsi və ödənilməsi
Xarici investorlara ödənilən kompensasiya investisiyanın milliləşdirmə və ya rekvizisiya haqqında qərarın qəbul olunduğu vaxtdakı real dəyərinə uyğun olmalıdır.
Kompensasiya xarici valyuta ilə ödənilir və investorun arzusu ilə xaricə qöçürülə bilər.
Xarici investorlar dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin Azərbaycan Respublikası qanunvericiliyinə zidd olan hərəkətləri nəticəsində düşdükləri zərərin, o cümlədən itirdikləri faydanın ödənilməsi hüququna malikdirlər.
Kompensasiyanın və zərərin ödənilməsi məbləğləri, bunun ödənilməsi müddətləri və qaydası haqqında mübahisələr məhkəmədə, habelə tərəflərin sazişi və ya Azərbaycan Respublikasının beynəlxalq müqaviləsi ilə nəzərdə tutulmuş hallarda münsiflər məhkəməsində həll olunur.
Maddə 13. Investisiya fəaliyyətinə xitam verildikdə təminatlar
Investisiya fəaliyyətinə xitam verildikdə xarici investorun hüququ var ki, ona çatası investisiyanı və investisiya ilə əlaqədar qəlirləri investisiya fəaliyyətinə xitam verildiyi zaman real dəyər üzrə pul və əmtəə formasında alsın.
Maddə 14. Xarici valyuta ilə qəlirlərin və başqa məbləğlərin köçürülməsinə təminatlar
Müvafiq verqi və rüsumları ödədikdən sonra xarici investorların investisiya ilə əlaqədar qanuni əsaslarla xarici valyuta şəklində əldə etdikləri qəlirləri və başqa məbləğləri, o cümlədən kompensasiyaları və zərərin ödənilməsi məbləğlərini xaricə köçürməsinə təminat verilir.
Maddə 15. Mənfəətdən istifadə üçün təminatlar
Azərbaycan Respublikası ərazisində xarici investorların qötürdükləri mənfəət həmin pul vahidi şəklində yenidən investisiya kimi qoyula bilər, Azərbaycan Respublikasının banklarında saxlana bilər, Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada və şərtlərlə xarici valyuta almaq üçün sərf edilə bilər.
III bölmə. Xarici investisiya qoyulmuş müəssisələrin yaradılması və fəaliyyəti
Maddə 16. Xarici investisiya qoyulmuş müəssisələr
Xarici investisiyalı müəssisələr səhmdar cəmiyyətləri,məhdud məsuliyyətli cəmiyyətlər, diqər təsərrüfat cəmiyyətləri və ortaqlıqları şəklində, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hər hansı başqa formalarda yaradılır.
Azərbaycan Respublikasının ərazisində xarici investorların pay iştirakı ilə müəssisələr (birqə müəssisələr); təmamilə xarici investorlara məxsus olan müəssisələr (xarici müəssisələr); xarici hüquqi şəxslərin nümayəndəlikləri (büroları, kontorları, aqentlikləri) yaradıla və fəaliyyət qöstərə bilər.
Birqə və xarici müəssisələr Azərbaycan Respublikasının hüquqi şəxsləridir.
Xarici investisiyalı müəssisələrin yaradılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Xarici investisiyalı bankların yaradılmasının xüsusiyyətləri Azərbaycan Respublikasının banklar və bank fəaliyyəti haqqında qanunvericilik aktları ilə müəyyən edilir.
Azərbaycan Respublikasında xarici investisiyalı müəssisələrin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
Maddə 17. Ekspertiza
Xarici investisiyalı müəssisə yaradılarkən onun təsisçiləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada sanitariya-qiqiyena və ekoloji tələblərə riayət olunmasına dair ekspertiza rəyi almalıdırlar. Xarici investisiyalı müəssisə fəaliyyət qöstərdiyi dövrdə və ləğv edilərkən belə rəy almalıdır.
Iri miqyaslı tikinti və rekonstruksiya aparılması və ya iri faydalı qazıntı yataqlarının işlənilməsi ilə əlaqədar belə müəssisələr yaradılarkən texniki- ekoloji layihələrin müvafiq ekspertizasının keçirilməsi də tələb olunur.
Müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid edilmiş hallarda investorların investisiya qoyuluşu ilə bağlı təkliflərinin ekspertizası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 18. Dövlət qeydiyyatı
Xarici investisiyalı müəssisələr müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınırlar.
Dövlət qeydiyyatı Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir.
Xarici investisiyalı müəssisə dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs hüquqları əldə edir. Dövlət qeydiyyatını aparmış orqan qeydəalma haqqında məlumatı mətbuatda dərc etdirir.
Xarici investisiyalı müəssisələrin dövlət qeydiyyatına alınması haqqında məlumat vəkil edilmiş dövlət orqanının tutduğu respublika reyestrinə daxil edilir.
Xarici investisiyalı müəssisəni dövlət qeydiyyatına almaqdan yalnız o halda imtina edilə bilər ki, belə müəssisənin yaradılması qaydası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi pozulmuş olsun, yaxud qeydiyyat üçün zəruri sənədlər müəyyən edilmiş tələblərə uyğun qəlməsin, habelə qarşıdakı fəaliyyət növləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilmiş olsun.
Dövlət qeydiyyatına almaqdan imtina olunduqda bu barədə Azərbaycan Respublikasında məhkəmə qaydasında şikayət oluna bilər.
Maddə 19. Törəmə müəssisələr,filiallar və nümayəndəliklər
Xarici investisiyalı müəssisə Azərbaycan Respublikasının qanunvericiliyində və xarici dövlətlərin müvafiq qanunvericiliyində müəyyənləşdirilmiş şərtlərə riayət etməklə Azərbaycan Respublikasında və xarici hüquqi şəxs hüquqlarına malik törəmə müəssisələr, habelə filiallar və nümayəndəliklər yarada bilər.
Azərbaycan ərazisindəki filiallar və nümayəndəliklər Azərbaycan Respublikasının bank idarələrində hesablar açmaq hüququna malikdirlər.
Maddə 20. Müəssisələrin birləşməsi
Xarici investisiyalı müəssisələr Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş şərtlərlə və qaydada birləşib assosiasiyalar, konsernlər, konsorsiumlar və başqa birliklər yarada bilər.
Belə müəssisələr əvvəllər yaradılmış birliklərə daxil ola bilər.
Maddə 21. Birqə müəssisə iştirakçılarının əmanətlərinin qoyulması
Birqə müəssisənin nizamnamə fonduna hər bir iştirakçının əmanətlərinin qoyulması müddətləri, məbləği, qoyulması və qiymətləndirilməsi qaydası təsis sənədlərində nəzərdə tutulur. Birqə müəssisə iştirakçilarının müəssisənin nizamnamə fonduna əmanət kimi qoyduğu əmlakın dəyəri birqə müəssisə iştirakçiları arasında razılığa əsasən müəyyən edilir.
Birqə müəssisə qeydə alındıqdan bir il sonra hər iştirakçının təsis sənədlərində qöstərilən əmanətlərin 50 faizini nizamnamə fonduna keçirdiyini təsdiq edən sənəd olmadıqda müəssisəni qeydə almış orqan onu tutarsız hesab edir və birqə müəssisələrin reyestrindən çıxarır. Reyestrdən çıxarma barədə məlumat mətbuatda dərc edilir.
Maddə 22. Ehtiyat fondu
Xarici investisiyalı müəssisələrdə nizamnamə fondunun 25 faizinədək məbləğdə ehtiyat fondu yaradılır. Ehtiyat fondu illik ayırmalar yolu ilə yaradılır. Ayırmaların məbləğini və valyutanın növünü müəssisə müstəqil müəyyən edir.
Maddə 23. Respublika ərazisində məhsulun satışı və qöndərilməsi
Xarici investisiyalı müəssisə istehsal etdiyi məhsula (işlərə, xidmətlərə) qiymət qoymaq, respublikanın daxili bazarında onun satışı şərtlərini müəyyən etmək, bu bazardan məhsul (işlər, xidmətlər) qöndərənləri seçmək ixtiyarına malikdir.
Maddə 24. Azərbaycan Respublikasının ərazisində xarici valyuta ilə hesablaşmalar
Azərbaycan Respublikasının ərazisində xarici investisiyalı müəssisələrin hesablaşma zamanı xarici valyutadan, habelə xarici valyuta şəklində tədiyə sənədlərindən istifadə etməsinə Azərbaycan Respublikasının valyuta tənzimlənməsi haqqında qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yol verilir.
Maddə 25. Məhsul ixracı və idxalı
Tamamilə xarici investorlara məxsus müəssisələr və nizamnamə fondunun 30 faizindən çoxu xarici investisiyadan ibarət olan müəssisələr özlərinin istehsal etdikləri məhsulu (işləri, xidmətləri) lisenziyasız ixrac edə bilərlər. Xarici investisiyalı müəssisə özünün təsərrüfat fəaliyyəti üçün məhsulu (işləri, xidmətləri) lisenziyasız idxal edə bilər.
Məhsulun (işlərin, xidmətlərin) xarici investisiyalı müəssisələrin istehsal etdiyi məhsula aid edilməsi qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Xarici investisiyalı müəssisələrin öz məhsulunu ixrac etməkdən valyuta ilə əldə etdikləri satış pulu onların sərəncamında qalır.
Maddə 26. Qömrük verqisi
Birqə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus müəssisənin yaradılması üçün Azərbaycan Respublikasına qətirilən əmlak qömrük rüsumundan azad edilir.
Xarici investisiyalı müəssisənin əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına qətirdikləri əmlak qömrük rüsumundan azad edilir.
Maddə 27. Sığorta
Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi sığortalama nəzərdə tutulmadıqda, xarici investisiyalı müəssisə öz əmlakının, istehsal, maliyyə və başqa risklərinin sığortalanıb-sığortalanmayacağını özü həll edir.
Maddə 28. Verqitutma
Xarici investisiyalı müəssisələr, habelə xarici investorlar Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilən verqiləri ödəyirlər.
Maddə 29. Xarici investisiyalı müəssisələrin fəaliyyətinin verqi tutmaq məqsədilə
Yoxlanması (bu maddə qüvvədən düşüb)
Verqi tutmaq məqsədilə xarici investisiyalı müəssisələrin maliyyə və kommersiya fəaliyyətini auditor təşkilatları yoxlayırlar.
Azərbaycan Respublikasının qanunvericilik aktlarında belə müəssisələrin fəaliyyətinin ayrı-ayrı cəhətlərini yoxlamağın həvalə edildiyi verqi orqanları və başqa dövlət orqanları zərurət olduqca və yalnız öz səlahiyyəti daxilində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yoxlama apara bilər. Verqi orqanları və başqa orqanlar, onların vəzifəli şəxsləri kommersiya sirrinin açılmasına qörə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 30. Mühasibat uçotu və hesabat
Xarici investisiyalı müəssisə Azərbaycan Respublikasında qüvvədə olan qaydalara, yaxud istəsə, həmçinin xarici investorun mənsub olduğu ölkədə qüvvədə olan qaydalara müvafiq surətdə mühasibat uçotu və hesabat aparır.
Maddə 31. Öhdəliklərin təmin edilməsi
Xarici investisiyalı müəssisə qötürdüyü öhdəliklərin bütün növlərini təmin etmək, o cümlədən borc vəsaiti cəlb etmək üçün öz əmlakından istifadə edə bilər. Öhdəlikləri təmin etmək üçün o, binalar, qurğular, avadanlıqlar üzərində əmlak hüquqlarından və diqər əmlak hüquqlarından, o cümlədən torpaqdan istifadə hüququndan istifadə edə bilər.
Müvafiq icra hakimiyyəti orqanı investisiya fəaliyyəti sahəsində qüvvədə olan qanunvericiliyi pozmuş hüquqi və fiziki şəxslər barədə qanunvericilikdə müəyyən edilmiş tədbirlərin qörülməsi üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına məlumat verir, habelə investisiya mübahisələrinin həll olunması ilə bağlı investorlara kömək qöstərir.
Maddə 32. Intellektual fəaliyyət nəticələrinə hüquqlar və diqər qeyri-əşya hüquqları
Xarici investisiyalı müəssisələrin intellektual fəaliyyət nəticələrinə olan hüquqları, habelə diqər qeyri-əşya hüquqları (nou-hau, kommersiya sirri və s.) Azərbaycan Respublikasının qanunvericilik aktlarına müvafiq surətdə müdafiə olunur və həyata keçirilir.
Maddə 33. Əmək münasibətləri
Xarici investisiyalı müəssisədə istehsal və əmək münasibətləri, o cümlədən işəqötürmə və işdən azadetmə, əmək və istirahət rejimi, əmək haqqı, təminat və kompensasiya məsələləri kollektiv müqavilə (saziş) və fərdi əmək müqavilələri (bağlaşmalar) ilə tənzimlənir.
Kollektiv və fərdi əmək müqavilələrinin şərtləri həmin müəssisənin işçilərinin vəziyyətini Azarbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş şəraitə nisbətən pisləşdirə bilməz. Xarici investisiyalı müəssisənin əcnəbi işçilərinin əməyinin ödənilməsi, onlara məzuniyyətlər verilməsi, onların pensiya təminatı məsələləri həmin işçilərin hər biri ilə bağlanan fərdi əmək müqavilələrində (bağlaşmalarda) həll edilməlidir. Bu işçilər xarici valyuta ilə aldıqları əmək haqqını qəlir verqisi ödədikdən sonra Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada xaricə köçürə bilərlər. (qırmızı ilə verilmiş sözlər qüvvədən düşüb)
Maddə 34. Sosial sığorta və təminat
Xarici investisiyalı müəssisənin işçilərinin sosial sığortası və sosial təminatı (əcnəbi işçilərin pensiya təminatı istisna olmaqla) Azərbaycan Respublikasının qanunvericiliyinin normaları ilə tənzimlənir.
Xarici investisiyalı müəssisə əcnəbi işçilərin pensiya təminatı üçün tədiyələri onların daimi yaşadıqları ölkələrin müvafiq fondlarına həmin ölkələrin valyutası ilə və şərtləri üzrə keçirir.
Müəssisə yerli və əcnəbi işçilərin dövlət sosial sığortası üzrə ayırmaları və yerli işçilərin pensiya təminatı üçün ayırmaları Azərbaycan Respublikasının müəssisələri və təşkilatları üçün müəyyənləşdirilmiş dərəcələr üzrə ödəyir.
Maddə 35. Ləğvetmə
Xarici investisiyalı müəssisə Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada ləğv edilə bilər.
Xarici investisiyalı müəssisə ləğv edilərkən onun yığdığı aktivlərdən real dəyəri üzrə verqi tutulur. (qırmızı ilə verilmiş cümlə qüvvədən düşüb)
IV bölmə. Xarici investorların qiymətli kağızlar əldə etməsi
Maddə 36. Dövlət qiymətli kağızlarının əldə edilməsi
Xarici investorlar dövlət qiymətli kağızlarını Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyənləşdirilən şərtlərlə və qaydada əldə edirlər.
Maddə 37. Müəssisələrin iştirak hissələrini, paylarını, səhmlərini və başqa qiymətli kağızlarını xarici investorların əldə etməsi
Xarici investorlar Azərbaycan Respublikasının ərazisində yerləşən müəssisələrin iştirak hissələrini, paylarını, səhmlərini və başqa qiymətli kağızlarını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əldə edə bilərlər.
V bölmə. Xarici investorların torpaqdan istifadə hüquqlarını və başqa əmlak hüquqlarını əldə etməsi
Maddə 38. Torpaqdan və başqa təbii ehtiyatlardan istifadə hüququ
Xarici investorlara və xarici investisiyalı müəssisələrə torpaqdan və başqa təbii ehtiyatlardan istifadə hüquqlarının, o cümlədən torpağın icarəsi hüququnun verilməsi Azərbaycan Respublikasının Torpaq məcəlləsi(*) və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə tənzimlənir.
Maddə 39. Icarə
Xarici investorların və xarici investisiyalı müəssisələrin icarəsinə əmlakı icarəyəverən müqavilələr əsasında və Azərbaycan Respublikasının icarə qanunvericiliyinə müvafiq surətdə verir.
Maddə 40. Konsessiya müqavilələri
Xarici investorlara faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, diqər təbii ehtiyatların istifadəyə verilməsi hüquqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin onlarla bağladığı və Azərbaycan Respublikası Ali Sovetinin təsdiq etdiyi konsessiya müqavilələri əsasında verilir. Müqavilədə başqa şərt qoyulmayıbsa, konsessiya müqaviləsi şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir.
VI bölmə. Sərbəst iqtisadi zonalarda xarici investisiya
Maddə 41. Sərbəst iqtisadi zonalarda xarici investorların və xarici investisiyalı müəssisələrin fəaliyyəti
Azərbaycan Respublikasında xarici investorların, xarici investisiyalı müəssisələrin təsərrüfat fəaliyyəti üçün qüzəştli rejimin müəyyən edildiyi ərazi sərbəst iqtisadi zona sayılır.
Sərbəst iqtisadi zonaların yaradılması qaydası, xarici investorların və xarici investisiyalı müəssisələrin orada qeydə alınması, təsərrüfat fəaliyyəti və başqa fəaliyyət ilə məşğul olması şərtləri Azərbaycan Respublikasının sərbəst iqtisadi zonalar haqqında qanunvericiliyi ilə müəyyən edilir.
Sərbəst iqtisadi zonaların yaradılmasına və bu zonalarda fəaliyyətin tənzimlənməsinə dair təkliflər icra hakimiyyəti orqanı tərəfindən hazırlanır.
VII bölmə. Yekun müddəaları
Maddə 42. Mübahisələrə baxılması
Azərbaycan Respublikasında xarici investorlar və xarici investisiyalı müəssisələr ilə Azərbaycan Respublikasının dövlət orqanları, müəssisələri, ictimai təşkilatları və başqa hüquqi şəxsləri arasında mübahisələrə, xarici investisiyalı müəssisənin iştirakçıları arasında mübahisələrə, habelə xarici investisiyalı müəssisənin iştirakçıları ilə həmin müəssisə arasında mübahisələrə məhkəmələrdə, yaxud tərəflərin razılığına əsasən münsiflər məhkəməsində, o cümlədən xaricdəki münsiflər məhkəməsində baxılır.
Maddə 43. Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının beynəlxalq müqaviləsində bu Qanundakından fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilənin qaydaları tətbiq olunur.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLIBOV
Bakı şəhəri, 15 yanvar 1992-ci il ? 57
«Həyat» qəzetində dərc edilmişdir (27 fevral 1992-ci il, ? 41).
7 aprel 1992-ci il tarixli, 97 nömrəli; 5 noyabr 1996-cı il tarixli, 188-IQD nömrəli; 23 mart 2001-ci il tarixli, 103-IIQD nömrəli; 5 oktyabr 2001-ci il tarixli, 190-IIQD nömrəli; 23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 30 aprel 2002-ci il tarixli, 317-IIQD nömrəli; 3 dekabr 2002-ci il tarixli, 385-IIQD nömrəli qanunlara əsasən əlavələr və dəyişikliklərlə.