İsti hava şəraitində elektrik xətlərində yarana biləcək yüklənmənin qarşısının alınması məqsədilə Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 28 iyul tarixində gücləndirmə işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 16:00-dan saat 19:00-dək Qaçaq Nəbi, Lütfizadə, Məzahir Rüstəmov və Sarayevo küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Gücləndirmə işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.