Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu I fəsil. Ümumi müddəalar Maddə 1. Qanunda istifadə olunan əsas anlayışlar Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 1) yanğın maddi ziyan vuran, insanların həyatına və sağlamlığına, habelə təbiətə zərər yetirən nəzarətsiz yanmadır; 2) yanğından mühafizə yanğınların qarşısının alınmasının və söndürülməsinin təşkili, bununla əlaqədar ümdə qəza-xilasetmə işlərinin aparılması üçün yaradılmış idarəetmə orqanlarının, qüvvələrin və vəsaitlərin məcmusudur; 3) yanğın təhlükəsizliyi təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat tədbirlərinin elə bir kompleksidir ki, bu, təsərrüfatı sahələrinin və obyektlərinin, binaların, qurğuların, 4) yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir; 5) yanğın təhlükəsizliyi tələblərinin pozulması yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir; 6) yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi yanğınla mübarizəyə yönəldilmiş qüvvələrin və vasitələrin, habelə hüquqi təşkilati, iqtisadi, sosial və elmi-texniki xarakterli tədbirlərin məcmusudur; 7) yanğına qarşı rejim yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq və yanğınları söndürmək məqsədilə insanların davranış qaydaları, istehsalın təşkili və binaların (ərazilərin) sazlanması qaydasıdır; 8) yanğın təhlükəsizliyi tədbirləri yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi sahəsində fəaliyyətdir; 9) yanğınların söndürülməsi insanların və əmlakın xilas edilməsinə, yanğınların söndürülməsinə yönəldilmiş əməliyyatlardır; 10) yanğınların söndürülməsi ilə əlaqədar ümdə qəza-xilasetmə işləri insanların, əmlakın xilas edilməsi, yanğından zərər çəkənlərə həkiməqədər ilk yardım göstərilməsi üçün yanğından mühafizənin apardığı operativ əməliyyatdır; 11) yanğınsöndürmə texnikası məhsulu yanğın təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulan xüsusi texniki və elmi-texniki məhsul, o cümlədən yanğınsöndürmə texnikası və avadanlığı, yanğınsöndürmə ləvazimatı, yanğınsöndürən və yanğından qoruyan maddələr, xüsusi rabitə və idarəetmə vasitələri, hesablayıcı elektron maşınlar üçün proqramlar və məlumat bazaları, habelə yanğınların qarşısının alınması üçün digər vasitələridir; 12) yanğından mühafizə qarnizonu müəyyən ərazidə yerləşdirilmiş yanğından mühafizə orqanlarının, bölmələrinin, yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin məcmusudur. Maddə 2. Qanunun təyinatı Bu Qanun Azərbaycan Respublikasında insanların həyatının və sağlamlığının, milli sərvətin, mülkiyyətin bütün növlərinin yanğından qorunması məqsədilə fəaliyyət göstərən yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsasını və prinsiplərini müəyyən edir. Bu Qanun yanğınların törənməsi və yayılması səbəblərinin və şəraitinin aradan qaldırılmasında dövlət orqanlarının,mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların; eləcə də vətəndaşların iştirakına hüquqi zəmin yaradılması, yanğınların qarşısının alınması və söndürülməsi, insanların həyatının və sağlamlığının mühafizəsi, mülkiyyətin bütün növlərinin və vətəndaşların şəxsi əmlakının, təbii sərvətlərin yanğında məhv olmaqdan qorunması, habelə bu sahədə qanunçuluğun möhkəmləndirilməsi üzrə ictimai münasibətləri nazama salır. Maddə 3. Yanğın təhlükəsizliyi haqqında qanunvericilik Yanğın təhlükəsizliyi haqqında qanunvericilik Azərbaycan Respublikasının Kostitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Maddə 4. Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının həll etdiyi məsələlər Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının həll etdiyi məsələlərə aşağıdakılar aiddir: 1) yanğın təhlükəsizliyinə dair dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi; 2) respublika məqsədli proqramların işlənib hazırlanması, yerinə yetirilməsinin təşkili və maliyyələşdirilməsi; 3) dövlət yanğın təhlükəsizliyi standartlarının, normalarının, qaydalarının və yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktların qəbul edilməsi və onların icrasına nəzarət olunması; 4) dövlət büdcəsinin yanğın təhlükəsizliyi, o cümlədən yanğından mühafizənin saxlanması xərclərinin planlaşdırılması və icrası; 5) dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizə orqanlarının, bölmələrinin, yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi; 6) dövlət yanğın nəzarətinin təşkili; 7) yanğın təhlükəsizliyini təmin etməyin ümumi prinsiplərinin müəyyənləşdirilməsi, o cümlədən yanğınsöndürmə texnikası məhsulunun istehsalının və satın alınmasının, habelə əhalinin yanğınlar ilə mübarizədə iştirakının sosail və iqtisadi cəhətdən həvəsləndirilməsi; 8) dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizə əməkdaşlarının sayının müəyyənləşdirilməsi; 9) yanğından mühafizənin, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizənin məcburi qaydada yaradıldığı müəssisələrin siyahısının müəyyənləşdirilməsi; 10) dövlət ehtiyacları üçün, o cümlədən müdafiə sifarişi üzrə yanğınsöndürmə texnikası məhsulunun nomenklaturasının, buraxılması və göndərilməsi həcmlərinin təsdiq edilməsi; 11) dövlət informasiya təminatı sistemlərinin, habelə yanğınların və onların nəticələrinin statistika uçotu sistemlərinin yaradılması; 12) mülki müdafiənin yanğından mühafizə xidmətinin təşkilinin ümumi prinsiplərinin və yanğından mühafizə orqanlarına və bölmələrinə səfərbərlik tapşırıqlarının müəyyənləşdirilməsi; 13) yanğından mühafizə üçün kadrların hazırlanmasının, yenidən hazırlıq keçməsinin və ixtisasının artırılmasının təşkili; 14) yanğından mühafizə üçün fərqlənmə nişanlarının və geyim formasının müəyyənləşdirilməsi; 15) yanğından mühafizə şəxsi heyətinin, ehtiyatda (istefada) olan şəxslərin, habelə onların ailə üzvlərinin hüquqi və sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi; 16) yanğından mühafizə fondlarının yaradılmasına və fəaliyyətinə kömək göstərilməsi; 17) dövlət büdcəsinin vəsaiti hesabına yanğın təhlükəsizliyi, o cümlədən yanğından mühafizənin saxlanması xərcləri hissəsinin işlənib hazırlanması, təsdiq və icra olunması; 18) dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizənin orqanlarının və bölmələrinin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada yaradılması, yenidən təşkili və ləğv edilməsi; 19) yerli məqsədli proqramların işlənib hazırlanması, yerinə yetirilməsinin təşkili və maliyyələşdirilməsi; 20) əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsi və yanğınların qarşısının alınmasına və söndürülməsinə cəlb edilməsi. Maddə 5. Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının vəzifələri Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aşağıdakı vəzifələri vardır: 1) tabelikdə olan müəssisələrdə və müvafiq ərazilərdə yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil etmək və yerinə yetirilməsini təmin etmək; 2) müəyyənləşdirilmiş normalara uyğun olaraq müvafiq büdcələrin vəsaiti hesabına maliyyələşdirilmiş yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq; 3) yanğından mühafizəyə tapşırılmış vəzifələrin yerinə yetirilməsində ona zəruri kömək göstərmək; 4) yanğına qarşı təbliğatın aparılmasını və əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək; 5) hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə ciddi riayət olunmasını təmin etmək; 6) yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil etmək və yerinə yetirilməsini təmin etmək; 5) hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə ciddi riayət olunmasını təmin etmək; 6) yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil etmək və yerinə yetirilməsini təmin etmək; 7) müəyyənləşdirilmiş normalara uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən dövlət yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq; 8) əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək. Maddə 6. Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin hüquq və vəzifələri Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı hüquqları vardır: 1) öz vəsaitləri hesabına saxladıqları yanğından mühafizə bölmələrini müəyyənləşdirilmiş qaydada yaratmaq, yenidən təşkil və ləğv etmək; 2) müvafiq dövlət orqanlarına yanğın təhlükəsizliyinin təmin edilməsinə dair təkliflər vermək; 3) müəssisələrdə baş vermiş yanğınların təfsilatı ilə səbəblərinin müəyyən edilməsi sahəsində iş aparmaq; 4) yanğın təhlükəsizliyini təmin etməyin sosial və iqtisadi cəhətdən həvəsləndirilməsi tədbirlərini müəyyənləşdirmək; 5) yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq. Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək; 3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək; 4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək; 5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq; 6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə orqanlarına və bölmələrinə kömək göstərmək; 7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtkü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək; 8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək; 9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək; 10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək. Maddə 7. Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların hüquq və vəzifələri Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı hüquqları vardır: 1) yanğın zamanı həyatının, sağlamlığının və əmlakının müdafiəsi; 2) yanğının vurduğu ziyanın Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməsi; 3) sağlamlığına və əmlakına ziyan vurmuş yanğının səbəblərinin müəyyənləşdirilməsində iştirakı; 4) yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq. Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına ciddi riayət etmək; 2) öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq; 3) yanğın aşkar etdikdə bu barədə dərhal yanğından mühafizə bölməsinə xəbər vermək; 4) yanğından mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək və yanğını söndürmək üçün mümkün tədbirlər görmək; 5) yanğının söndürülməsində yanğından mühafizə bölmələrinə kömək göstərmək; 6) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 7) onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bunların pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq. II fəsil. Yanğından mühafizə Maddə 8. Azərbaycan Respublikasının yanğından mühafizə sistemi və onun əsas vəzifələri Azərbaycan Respublikasının yanğından mühafizə sistemi aşağıdakı növlərdən ibarətdir: 1) dövlət yanğından mühafizəsi; 2) idarə yanğından mühafizəsi; 3) könüllü yanğından mühafizəsi. Azərbaycan Respublikasının yanğından mühafizə sisteminin əsas vəzifələri: 1) yanğının qarşısının alınmasının və profilaktikasının təşkili; 2) insanların xilas edilməsi və yanğınların söndürülməsi. Yanğından mühafizə bölmələrinin münaqişələrin və kütləvi iğtişaşların qarşısının alınması və aradan qaldırılması tədbirlərinə cəlb edilməsi qadağandır. Maddə 9. Dövlət yanğından mühafizəsi Dövlət yanğından mühafizəsi yanğından mühafizə sisteminin əsas növü olmaqla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı: 1) yanğın təhlükəsizliyi sahəsində dövlət tədbirlərinin işlənib hazırlanmasını və həyata keçirilməsini təşkil edir; 2) Azərbaycan Respublikasında Dövlət yanğın nəzarətini aparır; 3) şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin və müəssisələrin yanğından mühafizəsini və yanğın təhlükəsizliyi sahəsində digər işləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təşkil edir və yerinə yetirir; 4) yanğınların söndürülməsini təmin edir; 5) yanğın təhlükəsizliyi sahəsində vahid elmi-texniki siyasəti işləyib hazırlayır və onun tətbiqini təşkil edir; 6) yanğından mühafizə üçün kadrların hazırlanmasını, yenidən hazırlıq keçməsini və ixtisasını artırmasını təmin edir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının yanğından mühafizə sisteminə başçılıq edir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazisində dövlət yanğın nəzarəti səlahiyyətlərinə malik olmaqla yanğınsöndürmə texnikası məhsulunun dövlət sifarişlərini verir və bu texnikaya dair tələbləri müəyyənləşdirir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin təşkilini, yenidən təşkilini, ləğv olunmasını, saxlanılmasını, strukturunu və fəaliyyət qaydasını Azərbaycan Respublikasınınmüvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 10. İdarə yanğından mühafizəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməklə yanğından mühafizə işlərini həyata keçirən xüsusi bölmələr yaradıla bilər. Onların təşkilat strukturu və maliyyələşdirilmə qaydaları təsisçi tərəfindən müəyyən edilir. İdarə yanğından mühafizə bölmələri bu Qanuna uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikasınınmüvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış və tabe olduqları yuxarı orqanların rəhbərləri tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərirlər. Maddə 11. Könüllü yanğından mühafizəsi Yaşayış məntəqələrində, müəssisələrdə, idarələrdə və təşkilatlarda yanğınların qarşısının alınması və söndürülməsinin təşkili tədbirlərini həyata keçirmək məqsədilə fəhlələr, qulluqçular, mühəndis-texniki işçilər və başqa vətəndaşlar sırasından könüllü yanğınsöndürmə dəstələri (komandaları) yaradıla bilər. Onlar haqqında Əsasnaməni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Könüllü yanğınsöndürmə dəstələri (komandaları) üzvlərinin yanğının və ya qəzanın nəticələrinin aradan qaldırılmasında, yanğınsöndürmə üzrə profilaktika tədbirlərinin keçirilməsində iştirak etmələri, habelə tədris hazırlığı və növbə çəkmələri üçün haqq iş yeri üzrə orta aylıq qazanc hesabı ilə ödənilir. III fəsil. Yanğın təhlükəsizliyinin təmin edilməsi Maddə 12. Yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi Yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi: 1) yanğın təhlükəsizliyi sahəsinin normativ-hüquqi tənzimlənməsindən; 2) yanğın təhlükəsizliyi sahəsinin elmi-texniki təminatından; 3) yanğın təhlükəsizliyi sahəsinin informasiya təminatından; 4) yanğına qarşı təbliğat aparılmasından və yanğın təhlükəsizliyi tədbirlərinin əhaliyə öyrədilməsindən; 5) yanğınsöndürmə texnikası məhsulunun istehsalından; 6) yanğınların söndürülməsindən və onunla bağlı zəruri işlərin görülməsindən (bundan sonra - yanğınların söndürülməsi); 7) yanğına qarşı xüsusi rejimin müəyyənləşdirilməsindən; 8) yanğınların və onların nəticələrinin uçotunun aparılmasından; 9) yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsindən və xidmətlərin göstərilməsindən; 10) yanğınsöndürmə texnikası məhsulunun və yanğın təhlükəsizliyi sahəsində xidmətlərin sertifikatlaşdırılmasından; 11) yanğına qarşı sığortalanmasından və yanğın təhlükəsizliyini təmin edənlərin həvəsləndirilməsindən; 12) yanğın təhlükəsizliyi tədbirlərinin planlaşdırılmasından və həyata keçirilməsindən; 13) yanğın təhlükəsizliyinin təmin edilməsi dövlət yanğın nəzarətinin həyata keçirilməsindən ibarətdir. Maddə 13. Yanğın təhlükəsizliyi sahəsində normativ-hüquqi tənzimləmə Yanğın təhlükəsizliyi sahəsində normativ-hüquqi tənzimləmə səlahiyyətli dövlət orqanları tərəfindən yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktların (normativ sənədlərin) qəbul edilməsindən ibarətdir. Yanğın təhlükəsizliyinə dair normativ sənədlərə yanğın təhlükəsizliyi standartları, normaları və qaydaları, təlimatlar, yanğın təhlükəsizliyi tələblərinin göstərildiyi başqa aktlar aiddir. Maddə 14. Yanğın təhlükəsizliyinin elmi-texniki təminatı Yanğın təhlükəsizliyinin elmi-texniki təminatını elmi-tədqiqat, təcrübə-konstruktor, layihə və digər elmi-tədqiqat idarələri və təşkilatları, habelə müvafiq tədris müəssisələri həyata keçirirlər. Yanğın təhlükəsizliyi sahəsində elmi-texniki araşdırmalar dövlət büdcəsinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və onun bölmələri tərəfindən elmi-texniki araşdırmalar dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Yanğın təhlükəsizliyi sahəsində elmi tədqiqatların əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilir. Maddə 15. Yanğın təhlükəsizliyi sahəsində informasiya təminatı Yanğın təhlükəsizliyi sahəsində informasiya təminatı yanğın təhlükəsizliyinin təmin edilməsi sistemində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan xüsusi informasiya sistemlərinin və məlumat banklarının (bundan sonra informasiya sistemləri) yaradılması və istifadə edilməsi vasitəsilə həyata keçirilir. Yanğın təhlükəsizliyi haqqında məlumatların informasiya sistemlərinə daxil edilməsi əsasları və qaydası, habelə vəzifəli şəxslərin və vətəndaşların bu məlumatlarla tanış edilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, müəssisələr və təşkilatlar, meteorologiya xidmətləri və digər səlahiyyətli dövlət orqanları yanğın təhlükəsizliyi üçün əlverişsiz hadisələr və proqnozlar barəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və onun bölmələrinə ləngimədən əvəzsiz qaydada məlumat verməyə borcludurlar. Maddə 16. Yanğına qarşı təbliğat və yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsi Yanğına qarşı təbliğat kütləvi informasiya vasitələri ilə, xüsusi ədəbiyyat və reklam məhsulu nəşr etməklə, tematik sərgilər, baxışlar, konfranslar keçirməklə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmamış digər məlumatlandırma formalarından istifadə etməklə cəmiyyətə yanğın təhlükəsizliyinin təmin olunması problemləri və yolları haqqında məqsədyönlü biliklər verilməsidir. Yanğına qarşı təbliğatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, müəssisələr və yanğından mühafizə bölmələri aparırlar. Müəssisələrin işçilərinə yanğın təhlükəsizliyi tələblərini Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq həmin müəssisələrin müdiriyyəti (mülkiyyətçiləri) öyrədir. Məktəbəqədər tərbiyə müəssisələrində uşaqlara və ümumtəhsil məktəblərində şagirdlərə məcburi qaydada yanğın təhlükəsizliyi tədbirlərini müvafiq müəssisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış xüsusi proqramlar üzrə öyrədirlər. Maddə 17. Yanğınsöndürmə texnikası məhsulunun istehsalı Yanğınsöndürmə texnikası məhsulu dövlət sifarişi və dövlət müdafiə sifarişi əsasında, habelə sahibkarlıq fəaliyyəti qaydasında istehsal edilir. Yanğınsöndürmə texnikası məhsulun istehsalı dövlət tərəfindən tənzimlənir. Yanğınsöndürmə texnikası məhsulu üçün dövlət sifarişi yanğın təhlükəsizliyi sahəsində respublika məqsədli proqramlar əsasında həyata keçirilir. Yanğınsöndürmə texnikası məhsulu üçün dövlət müdafiə sifarişini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Dövlət sifarişinin və dövlət müdafiə sifarişinin yerinə yetirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 18. Yanğınların söndürülməsi Yanğınların söndürülməsinə qüvvə və vasitələrin cəlb olunması, yanğından mühafizə qarnizonlarında yanğınların söndürülməsinin təşkili qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Əgər müəyyən ərazidə yerləşdirilmiş yanğından mühafizə qüvvələri və vasitələri, habelə həyat təminatı xidmətləri yanğının ləğvinə kifayət etmirsə, fövqəladə hala çevrilmiş yanğını söndürmək və onun nəticələrini aradan qaldırmaq üçün Fövqəladə vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada zəruri olan əlavə yanğından mühafizə qüvvələri və vasitələri cəlb edilir. Yanğından mühafizə bölmələri yanğınları söndürmək və onların ləğvində iştirak etmək üçün şərtsiz qaydada yola düşürlər. Yanğından mühafizə bölmələrinin çağırılması üçün yaşayış məntəqələrinin telefon şəbəkələrində vahid nömrə 01 müəyyən edilir. Yanğınlar söndürülərkən insanların təhlükəsizliyinin təmin olunması, əmlakın xilası üçün zaruri hərəkətlər edilir, o cümlədən: 1) yanğınların və onların təhlükəli təzahürlərinin yayıldığı (yayılması ehtimalının olduğu) yerlərə girilir; 2) yanğınların yayılmasına mane olan və ləğvini təmin edən şərait yaradılır; 3) rabitə, nəqliyyat vasitələrindən, avadanlıqdan əvəzsiz əsasda istifadə olunur; 4) yanğın yerlərinə giriş məhdudlaşdırılır və ya qadağan edilir, habelə oraya bitişik ərazilərdə nəqliyyatın və piyadaların hərəkəti məhdudlaşdırılır və ya qadağan edilir; 5) yanğın yerlərindən adamlar və əmlak köçürülür. Yanğının söndürülməsinə bilavasitə rəhbərliyi yanğınsöndürmə rəhbəri yanğından mühafizənin yanğın yerinə gəlmiş böyük operativ vəzifəli şəxsi (əgər ayrı qayda nəzərdə tutulmayıbsa) həyata keçirir. O, yanğının söndürülməsi üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizənin şəxsi heyətini, habelə yanğının söndürülməsinə cəlb olunmuş qüvvələri təkbaşçılıq prinsipləri əsasında idarə edir. Yanğınsöndürmə rəhbəri yanğınsöndürmə tapşırığının yerinə yetirilməsinə, yanğının söndürülməsinin həyata keçirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinin və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrin təhlükəsizliyinə cavabdehdir. Yanğınsöndürmə rəhbəri yanğının söndürülməsi üzrə əməliyyatların həyata keçirildiyi ərazinin sərhədlərini, göstərilən hərəkətlərin qaydasını və xüsusiyyətlərini müəyyənləşdirir, habelə yanğın zamanı adamların, əmlakın xilas olunması barədə qərarlar qəbul edir. Zərurət olduqda yanğınsöndürmə rəhbəri digər qərarlar, o cümlədən göstərilən ərazidə vəzifəli şəxslərin və vətəndaşların hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edir. Yanğınsöndürmə rəhbərinin göstərişləri yanğının söndürülməsi üzrə əməliyyatların həyata keçirildiyi ərazidə bütün vəzifəli şəxslər və vətəndaşlar tərəfindən hökmən icra olunmalıdır. Heç kəs yanğın zamanı yanğınsöndürmə rəhbərinin hərəkətlərinə qarışa bilməz və ya onun verdiyi sərəncamları ləğv edə bilməz. Yanğın söndürülərkən dəyən maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir. Son zərurət şəraitində fəaliyyət göstərmiş yanğından mühafizənin şəxsi heyəti və yanğının söndürülməsinin digər iştirakçıları dəyən ziyanın ödənilməsindən azad edilirlər. Maddə 19. Yanğına qarşı xüsusi rejimin müəyyənləşdirilməsi Yanğın təhlükəsinin gücləndiyi hallarda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarınınqərarı ilə müvafiq ərazilərdə yanğına qarşı xüsusi rejim müəyyənləşdirilir və xüsusi rejimin qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və onun bölmələri ilə razılaşdırılan əlavə yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilir. Maddə 20. Yanğınların və onların nəticələrinin uçotu Azərbaycan Respublikasında yanğınların və onların nəticələrinin statistik uçotunun vahid dövlət sistemi fəaliyyət göstərir. Yanğınları və onların nəticələri üzrə rəsmi statistika uçotunu və dövlət statistika hesabatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və onun bölmələri aparır. Yanğınların və onların nəticələrinin uçotu qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 21. Yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi Yanğın təhlükəsizliyi sahəsində işlər və xidmətlər yanğın təhlükəsizliyi tələblərinin həyata keçirilməsi, habelə yanğınların qarşısının alınmasının və söndürülməsinin təmin edilməsi məqsədilə yerinə yetirilir. Yanğın təhlükəsizliyi sahəsində işlərə və xidmətlərə aşağıdakılar aiddir: 1) müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması; 2) yanğınsöndürmə texnikası məhsulunun istehsalı və alınması, sınaqların keçirilməsi; 3) layihə-axtarış işlərinin yerinə yetirilməsi; 4) elmi-texniki məsləhət verilməsi və ekspertiza keçirilməsi; 5) maddələrin, materialların, məmulatın, avadanlığın və konstruksiyaların yanğın təhlükəsizliyinin sınaqdan keçirilməsi; 6) əhaliyə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsi; 7) yanğına qarşı təbliğat aparılması, xüsusi ədəbiyyatın və reklam məhsulunun nəşri; 8) yanğından qoruma və boru-soba işləri; 9) yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri; 10) yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası; 11) yanğından mühafizə binalarının, qurğularının, otaqlarının tikilməsi, yenidən qurulması və təmiri. Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığıəsasında həyata keçirilir. Maddə 22. Sertifikatlaşdırma Sertifikatlaşdırma ? Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məhsulun, xidmətlərin, binaların və qurğuların müəyyən edilmiş yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunun təsdiq edilməsi sahəsində göstərilən fəaliyyətdir. Sertifikatlaşdırmanın qaydalarına uyğun olaraq sertifikatlaşdırılmış məhsulun və xidmətin müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün uyğunluq sertifikatı verilir. Məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin siyahısını Azərbaycan Respublikasınınmüvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Sertifikatlaşdırmanın təşkili və aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Sertifikatlaşdırma işlərinin haqqını məhsulu hazırlayan (satan) və xidmətləri göstərən ödəyir, həm də sertifikasiya məsrəfləri məhsulun və xidmətlərin maya dəyərinə aid edilir. Maddə 23. Yanğından sığortalama Yanğından sığortalama könüllü və icbari qaydada həyata keçirilir. Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin əmlakının və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin yanğından icbari sığortalanması ?Yanğından icbari sığorta haqqında? Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 24. Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi Yanğın təhlükəsizliyi tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyinə və yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktlara müvafiq surətdə, habelə yanğınlarla mübarizə təcrübəsi, maddələrin, materialların, texnoloji proseslərin, məmulatın, konstruksiyaların, binaların və qurğuların yanğın təhlükəsizliyinin qiymətləndirilməsi əsasında işlənib hazırlanır. Maddələri, materialları, məmulatı və avadanlığı istehsal edənlər (göndərənlər) müvafiq texniki sənədlərdə həmin maddələrin, materialların, məmulatın və avadanlığın yanğın təhlükəliliyi göstəricilərini, habelə onlarla işləyərkən görülməli olan yanğın təhlükəsizliyi tədbirlərini hökmən göstərməlidirlər. Müəssisələr, binalar, qurğular və başqa obyektlər üçün yanğın təhlükəsizliyi tədbirləri, o cümlədən onların layihələndirilməsi zamanı yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanarkən və həyata keçirilərkən başqa məsələlərlə yanaşı yanğına qarşı su təchizatı, avtomatik yanğınsöndürmə və siqnalizasiya, yanğın vaxtı adamların köçürülməsi barəsində qərarlar hökmən nəzərdə tutulmalıdır. Şəhərlər, rayonlar və digər yaşayış məntəqələri üçün yanğın təhlükəsizliyi tədbirlərini müvafiq icra hakimiyyəti orqanları hazırlayır və həyata keçirirlər. Binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Maddə 25. Dövlət yanğın nəzarəti Dövlət yanğın nəzarəti dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət yanğın nəzarəti tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri tərəfindən aparılır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri öz vəzifəsinə görə eyni zamanda Azərbaycan Respublikasının yanğın nəzarəti üzrə Baş dövlət inspektorudur. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin müvəkkil edilmiş vəzifəli şəxsləri dövlət yanğın nəzarətini apararkən aşağıdakı hüquqlara malikdirlər: 1) dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; 2) dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; 3) yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə müəssisələrin ərazilərində, binalarında, obyektlərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; 4) tikinti meydançalarını (trasları) seçən komissiyaların, habelə tikintisi (yenidən qurulması) başa çatmış obyektləri qəbul edən komissiyaların işində həlledici səs hüquqi ilə iştirak etmək; 5) yanğınların törənməsi və insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi tələblərinin pozulması haqqında məlumat olduqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada vətəndaşların yaşayış yerlərinə və başqa tikililərinə, torpaq sahələrinə daxil olmaq; 6) müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına, genişləndirilməsinə və yeni texnika ilə təchiz edilməsinə dair layihə-smeta və şəhərsalma sənədlərini yanğın təhlükəsizliyi tələblərinə əməl olunması baxımından nəzərdən keçirmək və razılaşdırmaq; 7) Layihə və layihə-axtarış işlərini yerinə yetirən müəssisələrdə onların hazırladığı layihə və layihə-smeta sənədlərinin yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından seçmə yolu ilə yoxlamalar keçirmək; 8) yanğın təhlükəsizliyi qaydası tələblərinin pozuntularının aradan qaldırılması, yanğın təhlükəsizliyi qaydasının tələblərinə uyğun gəlməyən malların (işlərin, xidmətlərin) istehsaldan çıxarılması, buraxılışına son qoyulması, satışının dayandırılması barədə müəssisələrin rəhbərlərinə, vəzifəli şəxslərə və vətəndaşlara yazılı tələbnamələr vermək; 9) yanğın törənməsi və ya insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozuntularını, habelə müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində, yenidən qurulmasında, genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında həmin tələblərin yerinə yetirilmədiyini aşkar etdikdə müəssisələrin (ayrı-ayrı istehsalatların), istehsal sahələrinin, aqreqatların işini, binaların, qurğuların istismarını, ayrı-ayrı işlərin görülməsini tamamilə və ya qismən dayandırılması barədə qərar qəbul etmək; 10) verilmiş tələbnamə və qərarlar icra edilmədikdə materialları Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görmək üçün məhkəmə və ya prokurorluq orqanlarına göndərmək; 11) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında tədqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri mülkiyyəti olan obyektlərdə və ya xarici investisiyalı müəssisələrdə dövlət yanğın nəzarətini apararkən bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş hüquqlara malikdirlər. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir. Maddə 26. Yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin planlaşdırılması Azərbaycan Respublikasının, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin, icra hakimiyyəti orqanlarının, müəssisələrin iqtisadi və sosial inkişafı proqramlarında yanğın təhlükəsizliyinin təmin edilməsi, yanğından mühafizənin bazasının inkişaf etdirilməsi və təkmilləşdirilməsi tədbirləri nəzərdə tutulmalıdır. Maddə 27. Yanğın təhlükəsizliyi sahəsində maliyyə və maddi-texniki təminat Yanğın təhlükəsizliyi sahəsində, o cümlədən yanğın təhlükəsizliyinə dair dövlət və regional məqsədli proqramları üzrə maliyyə təminatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində, müvafiq büdcələrdə ayrıca sətirdə göstərilməklə məqsədli təminatla planlaşdırır və həyata keçirirlər. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin (müqavilələr əsasında yaradılan bölmələrdən başqa), yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müqavilə əsasında yaradılmış bölmələri onları yaradan müəssisələrin vəsaiti hesabına, zərurət olduqda isə həmçinin digər maliyyələşdirmə mənbələrinin əlavə vəsaiti hesabına saxlanılır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müqavilə əsasında yaradılmış xüsusi bölmələri dövlət büdcəsinin vəsaiti və onları yaradan müəssisələrin vəsaiti hesabına payçılıq əsasında saxlanılır. Respublikanın müvafiq icra hakimiyyəti orqanı və ya onun bölmələri yerli icra hakimiyyəti orqanları ilə müqavilələr əsasında yaratdığı ərazi bölmələri dövlət büdcəsinin hesabına maliyyələşdirilir, göstərilən bölmələrin minimum sayı əhalinin hər 1000 nəfəri üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin şəxsi heyətinin bir vahidi hesabı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin maddi-texniki təminatı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirdiyi qaydada və normalar üzrə yerinə yetirilir.
IV fəsil. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında və onun bölmələrində xidmət Maddə 28. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin şəxsi heyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin şəxsi heyəti müvafiq sıravi və rəis ştat vəzifələrində olan əməkdaşlardan ibarətdir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin şəxsi heyətində onlar üçün kadrlar hazırlayan və onların ixtisasını artıran yanğın-texniki tədris müəssisələrinin müəllimləri, dinləyiciləri və kursantları da daxildirlər. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin şəxsi heyətinə özünün təhsilinə, saxlamlıq vəziyyətinə, fiziki hazırlığına və digər şəxsi keyfiyyətlərinə görə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyə qadir olan həqiqi hərbi xidmət və ya alternativ xidmət (əmək mükəlləfiyyatı) keçmiş kişilər və azı 18 yaşı olan qadınlar Azərbaycan Respublikası vətəndaşları qəbul edilirlər. Əvvəllər ağır cinayət törətdiklərinə görə məhkum edilmiş şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və onun bölmələrinə qəbul oluna bilməzlər. Maddə 29. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında və onun bölmələrində xidmət keçmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında və onun bölmələrində xidmət keçməsini tənzimləyən qaydalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında və onun bölmələrində xidmət keçən əməkdaşları, habelə yanğın texniki tədris müəssisələrinin dinləyiciləri və kursantları hərbi uçotdan çıxarılırlar və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının uçotunda saxlanılırlar. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında və onun bölmələrində xidmət keçən əməkdaşlarına Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən səlahiyyətlərini təsdiq edən xidməti vəsiqələr, fərqlənmə nişanları və geyim forması verilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin əməkdaşları ilk dəfə vəzifəyə təyin edildikdən sonra peşə andı içirlər. Maddə 30. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin əməkdaşlarının hüquqi və sosial müdafiəsi üçün təminatlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin əməkdaşları və onların ailə üzvləri dövlətin müdafiəsi altındadırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının polis orqanlarının əməkdaşları üçün müəyyənləşdirilmiş hüquqi və sosial müdafiə təminatları, habelə güzəştlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin əməkdaşlarına da şamil edilir. Əmək şəraiti zərərli və təhlükəli olan müəssisələrin işçiləri üçün mövcud qanunvericiliklə müəyyənləşdirilmiş hüquqi və sosial müdafiə təminatları və güzəştlər həmin müəssisələri yanğından qoruyan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin şəxsi heyətinə də şamil edilir. Maddə 31. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin şəxsi heyətinin əməyinin ödənilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin şəxsi heyətinin əməyinin ödənilməsi şərtləri polis orqanlarının sıravi və rəis heyəti üçün müəyyənləşdirilmiş əməyin ödənilməsi şərtlərinə uyğundur. İşin xarakteri və şəraiti nəzərə alınmaqla əməkdaşların xidməti fəaliyyətdə yüksək nəticələrə nail olunmasının həvəsləndirilməsini təmin etmək, şəxsi heyəti yüksək peşə keyfiyyətlərinə malik olan şəxslərlə komplektləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və onun bölmələrinə dövlət büdcəsindən əlavə vəsait ayrıla bilər. Maddə 32. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin əməkdaşlarının dövlət icbari sığortası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin əməkdaşları xidmət vəzifələrinin icrası zamanı həlak olma, yaxud xidmət vəzifələrinin icrası ilə əlaqədar zədələnmə, yaralanma, kontuziya olma, xəsarət alma, xəstələnmə nəticəsində vəfat etmələri hallarından Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq icbari qaydada dövlət tərəfindən sığortalanmalıdırlar.
Maddə 33. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin əmlakı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin əmlakı onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan daşınar və daşınmaz əmlakdır. Azərbaycan Respublikasının ərazisində hər hansı hüquqi və ya fiziki şəxs onun mülkiyyətində olan yanğından mühafizə bölməsini saxlamaqdan imtina etdikdə, həmin bölmənin istifadəsində olan əmlakı əvəzli qaydada almaq üçün üstünlük hüququ Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və onun bölmələrinə verilir. V fəsil. Yekun müddəalar Maddə 34. Nümayəndəlik Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanğın təhlükəsizliyi məsələləri üzrə beynəlxalq tədbirlərdə və təşkilatlarda Azərbaycan Respublikasının adından nümayəndəlik edir. Maddə 35. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin fəaliyyətinin qanuniliyinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin fəaliyyətinin qanuniliyinə, qüvvə və vəsaitdən səmərəli istifadə etməsinə, yanğından mühafizə orqanlarının və onun bölmələrinin onlara həvalə olunmuş vəzifələrin həcminə və xarakterinə uyğunluğuna idarə nəzarətini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunların icrasına Azərbaycan Respublikasının Baş prokuroru və ona tabe olan prokurorlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada nəzarət edirlər. Maddə 36. Qanunun pozulmasına görə məsuliyyət Bu Qanun pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV Bakı şəhəri, 10 iyun 1997-ci il 313-IQ Azərbaycan qəzetində dərc edilmişdir (02 avqust 1997-ci il, 163). Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (30 noyabr 1997-ci il, 5, maddə 415). 23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 19 aprel 2002-ci il tarixli, 304-IIQD nömrəli; 19 aprel 2002-ci il tarixli, 306-IIQD nömrəli; 22 noyabr 2002-ci il tarixli, 382-IIQD nömrəli; 9 mart 2004-cü il tarixli, 603-IIQD nömrəli; 20 aprel 2004-cü il tarixli, 641-IIQD nömrəli; 7 sentyabr 2004-cü il tarixli, 731-IIQD nömrəli; 10 sentyabr 2004-cü il tarixli, 752-IIQD nömrəli qanunlara əsasən əlavələr və dəyişikliklərlə. |