![Abşeron rayonu və Xırdalan şəhərinin bir hissəsinə elektrik enerjisinin verilişində fasilələr yaranıb](/app/img/custom_news.png)
Abşeron rayonu və Xırdalan şəhərinin bir hissəsində, xüsusən də “Quşçuluq massivi” kimi tanınan yaşayış ərazisində bu gün səhər saatlarından etibarən elektrik enerjisi təchizatı dayandırılıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, bu, Xırdalan şəhəri ərazisində tikilən yeni yarımstansiya ilə əlaqədardır: “Hazırda yeni tikilən 110 kilovoltluq “Xırdalan” yarımstansiyasına ərazidə olan elektrik verilişi xətlərinin köçürülməsi həyata keçirilir. Təhlükəsizlik səbəbindən ərazidə enerji təchizatı dayandırılıb. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək. Bu planlaşdırılmış işlərlə bağlı istehlakçıları öncədən xəbərdar etmişdik”.
Digər xəbərlər
- “Azərişıq” ASC Lənkəranda yenidənqurma işlərini davam etdirir. 11 Mart 2024
- Sahibkarların elektrik təchizatı şəbəkəsinə elektron şəkildə daha rahat qoşulması üçün görüşlər keçirilir. 04 İyun 2024
- İstehlakçıların maarifləndirilməsi istiqamətində ən çox verilən suallar 08 İyun 2024
- Sahibkarların elektrik enerjisi ilə təchizatı proseduru sadələşdirilir. 16 Fevral 2024
- “Azərişıq” ASC ilə “General Group Co.” MMC-nin birgə peşəkar inkişaf layihəsi. 23 May 2024