Ölkədə elektrik enerjisi təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq məqsədilə aparılan işlər sahibkarların fəaliyyətinə də öz müsbət təsirini göstərir.
İstehlakçılara göstərilən xidmətləri daha keyfiyyətli, rahat həyata keçirmək, bu sahədə şəffaflığı və istehlakçı məmnunluğunu təmin etmək istiqamətində Cəmiyyət müntəzəm işlər aparır.
“Azərişıq”ASC tərəfindən “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması üzrə aparılmış islahatlar nəticəsində elektrik təchizatı şəbəkələrinə qoşulma prosedurlarının sayı 7-dən 2-ə, müddət isə 41 gündən 20 günə endirilmişdır.
İlk prosedurda, sahibkarlarla təmas yalnız enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı müraciətdən, razılaşdırma prosesindən ibarət olur. Sonrakı 10 gün ərzində isə elektrik quraşdırma işləri həyata keçirilir və texniki şərt, layihə, və digər sənədlər sahibkara təqdim olunur. Əgər obyektə 400 metr yaxın məsafədə şəbəkənin balansında olan transformator varsa, vahid tarifə uyğun olaraq ödəniş edildikdən sonra 20 gün müddətində şəbəkəyə qoşulma həyata keçirilir. 150 kVt-dan yuxarı va ya 400 metr məsafədə transformator olmayan obyektlər üçün də sahibkar KOB evləri, “ASAN Kommunal” və “ASAN Xidmət” mərkəzlərinə yaxınlaşmalıdır. Bu prosesdə 10 gün müddətində sahibkara texniki şərt təqdim olunur. Texniki şərtin icrası sahibkarın seçiminə uyğun olaraq enerji təchizatı müəssisəsi yaxud da ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilir.
“Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə etməklə əraziyə getmədən məkanın seçilməsi, ölçmələrin aparılması, enerji təchizatı müəssisəsinə məxsus güc mərkəzinin texniki parametrlərinin təhlil edilməsi, sənədləşmə işinin tamamlanması prosesləri həyata keçirilir.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Masallıda vətəndaşları qəbul edib. 27 Fevral 2024
- “Azərişiq” ASC –də elektrik enerjisi itkilərinin azaldılması üçün tədbirlər həyata keçirilir. 27 Mart 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul edib. 16 May 2024
- “Azərişıq” ASC Kürdəmirdə elektrik şəbəkəsinin yenilənməsi işlərini davam etdirir 03 Avqust 2024
- “Azərişıq” ASC Şirvanda yenidənqurma işlərini davam etdirir. 19 Aprel 2024