Cənab prezident İlham Əliyevin tapşırıqlarına əsasən regionlarda elektrik təsərrüfatını yeniləyən “Azərişıq” ASC Lənkəranın daha 4 kəndində Viravul, Daşdatük, Girdəni, Gərmətürkdə yenidənqurma işlərini davam etdirir.
Adı çəkilən kəndlər arasında 4 min nəfərə yaxın sakini olan Viravul kəndində yeni güc mərkəzləri yaradılır. Paralel olaraq köhnə, sovet dövründən qalma dayaqlar yeni və müasirləri ilə əvəz edilir. İstismar müddəti başa çatmış açıq naqillərin yerinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Köhnə sayğaclar həyətyanı sahələrdən çıxarılaraq əvəzində müasir standartlara cavab verən yeni sayğaclar qoşulur. İşlər yekunlaşdıqdan sonra kənd sakinləri dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmaqla yanaşı, elektrik enerjisi itkisinin qarşısı da alınacaq.
Yenidənqurma işləri Lənkəranla yanaşı, investisiya proqramına uyğun olaraq ölkənin bütün regionlarında, ən ucqar kənd və qəsəbələrdə də mərhələli şəkildə həyata keçirilir.
Digər xəbərlər
- Elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulma prosesinin sadələşdirilməsi proseduru “Azərişıq” ASC tərəfindən davam etdirilir 13 Yanvar 2026
- Elektrik enerjisinin təchizatı nəticəsində yaranan itkilər və onların azaldılması istiqamətində “Azərişıq” ASC tərəfindən görülən tədbirlər 25 May 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Cənub regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 20 May 2026
- “Azərişıq” ASC Kəlbəcərin bir sıra ərazilərində yenidənqurma işləri həyata keçirir 14 Avqust 2026