Elektrik enerjisi üzrə əhali üçün hansı tariflər mövcuddur?
“Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 14 nömrəli Qərarına əsasən, ölkədə əhali istehlakçı qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün bir kilovat-saata görə 8 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün bir kilovat-saata görə 9 qəpik, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün bir kilovat-saata görə 13 qəpik müəyyən edilmişdir.
Məişət istehlakçısı kimdir?
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasın Qanununun 1.1.50. maddəsinə əsasən məişət istehlakçısı – yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrində, həmçinin bağlarda və qarajlarda məişət ehtiyacları üçün (sahibkarlıq fəaliyyəti istisna olmaqla) elektrik enerjisindən istifadə edən fiziki şəxsdir
Digər xəbərlər
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 05 Fevral 2026
- Yasamal, Nizami və Sabunçu rayonlarının bəzi ərazilərində fasilə yaranacaq 06 İyul 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 17 İyun 2026
- Cənub regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 20 May 2026
- Elektrik enerjisinə qənaət etməyin əhəmiyyəti və bu istiqamətdə görüləcək ümdə tədbirlər 15 Aprel 2026