Məzmun: 

Elektrik stansiyası vasitəsilə bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin istehlakından artıq hissəsini əvəzləşdirmək məqsədilə elektrik təchizatı şəbəkəsinə ötürməsinin, habelə istehlak istehsaldan çox olduğu təqdirdə şəbəkədən elektrik enerjisi qəbul edə bilməsinin təmin edilməsi. 


Zəruri olan sənədlərin siyahısı: 
Abonentin şəxsiyyət vəsiqəsi;
Abonent kodu;
Enerji təchizatı şəbəkəsindən alınmış mövcud texniki şərt;
Aktiv istehlakçının elektrik stansiyasının (damüstü elektrik panellərinin, külək stansiyasının və s.) texniki xarakteristikasını özündə əks etdirən layihə sənədləri, texniki quraşdırma işlərinin yerinə yetirilməsi haqqında akt.


Həyata keçirilmə formaları: 
Xidmət yerinə gəlmədən müraciət və nəticənin elektron təqdim edilməsi;
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması;
Vətəndaşın müraciəti əsasında səyyar xidmətin təşkili.


Xidmət istifadəçisi barədə məlumat: 
Fiziki şəxslər;
Hüquqi şəxslər.


Elektron ünvan:

https://my.gov.az/services/aktiv-istehlakchinin-qeydiyyata-alinmasi?serviceLabel=REP


İzah videosu: