Abonent borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə müraciət etmək üçün www.e-service.azerishiq.az və ya www.azerishiq.az saytı üzərindən keçid etməklə müvafiq portallara daxil olmalıdır. “e-service.azerishiq.az” portalından müraciət etdikdə açılan pəncərədə “Azərişıq” ASC-nin təqdim etdiyi elektron xidmətlərin ümumi siyahısından “Borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə sənədin verilməsi” xidməti seçilməlidir. Açılan növbəti pəncərədən elektron xidmətə daxil olmaq üçün aşağıdakı giriş vasitələrindən biri istifadə olunmalıdır:
-SİMA Rəqəmsal İmza ilə;
-Asan imza ilə;
-SİMA Token (Elektron İmza) ilə giriş;
-İstifadəçi identifikasiya nömrəsi;
-BSXM Elektron imza ilə:
Sistemə daxil olduqda dövlət orqanları portala inteqrasiya olunduğundan bəzi məlumatlar avtomatik olaraq doldurulur. Abonent pəncərədə ulduzdu xanaları doldurur, o cümlədən, əlaqə məlumatları bölməsinə mobil telefon nömrəsini, elektron poçt ünvanını qeyd edir və “Müraciəti göndər” düyməsini tıklayır. Əlaqə məlumatlarında “Mobil No” xanasına mütləq aktiv mobil telefon nömrəsi daxil edilməlidir. Aidiyyəti müraciət xanaları doldurduqdan sonra SMS xidməti və Elektron poçt vasitəsi ilə abonentə müraciətin qeydə alınması və müraciətin nəticəsi barədə məlumat göndərilir.
Həmçinin, abonent müraciətin nəticəsini www.e-gov.az portalında “Müraciətlərim” bölməsindən də yoxlaya bilər.
Digər xəbərlər
- Bu ərazilərdə təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 31 Avqust 2026
- “Azərişıq” ASC Cəbrayıl və Xankəndinin elektrik şəbəkəsini yeniləyir 02 Fevral 2026
- “Azərişıq” ASC Xocalı və Xocavəndin bir sıra ərazilərində elektrik təsərrüfatını yeniləyir 09 Avqust 2026