Sentyabrın 24-də Ağdaş və Mingəçevirdə bir sıra hava xətlərində təmir və xəttə toxunan ağacların budanması işləri aparılacaq.
Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 10 kV-luq "Şıxlı" və "Kotavan" hava xətlərində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək və 13:00-dan 17:00-dək şəhər ərazisində Ərəş və İbrahim Qaradağlı küçələri, həmçinin rayonun Ağzıbir, Aşağı Zeynəddin, Xınaxlı, Kotavan, Qaraoğlan, Qumlaq, Mürsəl, Pirəzə, Şıxlı, Yeniarx kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Mingəçevir EŞ-yə daxil olan 6 kV-luq hava xəttində təmir və elektrik xəttinə toxunan ağacların budanması işləri həyata keçiriləcək. Beləliklə, saat 10:00-dan 14:00-dək şəhər ərazisində 20 Yanvar, Müslüm Maqomayev küçələrində enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Xırdalanın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- “Azərişıq” ASC Kəlbəcərin bir sıra ərazilərində yenidənqurma işləri həyata keçirir 14 Avqust 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 11 Fevral 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Xankəndində sahibkarlarla görüş keçirib 06 Fevral 2026
- Paytaxtın bir sıra ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 20 Sentyabr 2026