Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 02 fevral 2021-ci il tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-in “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” istiqamətinin 3.1 ( XXI əsrin tələblərinə uyğun təhsil ) və 3.2 (yaradıcı və innovativ cəmiyyət) bəndinə uyğun olaraq “Azərişıq” ASC tərəfindən müxtəlif tədbirlər görülməkdədir. Bu məqsədlə “Azərişıq” ASC üzrə müvafiq əmrə əsasən “Beyin Mərkəzi 2025” layihəsinə start verilmişdirir. Layihənin başlıca məqsədi respublikanın elektroenergetika sahəsi üzrə kadr hazırlayan aparıcı universitetlərinin ortalama bal indeksi yüksək olan 4-cü kurs tələbə və magistrlarının səhmdar Cəmiyyətdə 3 aylıq ödənişli təcrübə proqramlarına cəlb edilməsi və onların müvafiq istiqamətlər üzrə təcrübi biliklərinin artırılmasıdır. Layihədə iştirak edəcək müdavimlərin təcrübədə son qiymətləndirmə indeksi qənaətbəxş olduğu təqdirdə, onların Cəmiyyətdə müvafiq strukturlarda işlə təmin olunması nəzərdə tutulur. Bu məqsədlə peşəkar müəllim heyətindən ibarət komanda formalaşdırılmış və zəruri tədbirlər görülmüşdür. Layihə müddətində müdavimlərə komanda quruculuğu, innovativ düşüncə tərzi, dəyişikliklərin idarə olunması bacarığı, kommunikasiya strategiyası, sosial məsuliyyət istiqamətləri üzrə müntəzəm məşğələlər və real iş şəraitində mövcud situasiyaların tətbiqi prinsipi ilə bilik və bacarıqlar aşılanacaqdır. Kompetensiyalar üzrə sorğuların təqdimatı və seçim mərhələsi 2024-cü ilin son 4 ayı ərzində, təcrübə proqramının isə 2025-ci ilin fevral-may ayları ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Digər xəbərlər
- Nizami rayonunun bu ərazilərində fasilə yaranacaq 05 May 2026
- Abonentin borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə müraciət qaydaları 10 İyun 2026
- Təmir işləri ilə əlaqədar Ağdaş və Göyçayın bu ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 12 Oktyabr 2026
- Bu ərazilərdə təmir və ağac budanması işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 09 Sentyabr 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 05 Mart 2026