AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 215

Bakı şəhəri, 7 iyun 2016-cı il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı"nda dəyişiklik edilməsi barədə

 

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, №1, maddə 57, № 11, maddə 1417) ilə təsdiq edilmiş "Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı"nın 6.9-cu bəndinə "Açıq Səhmdar Cəmiyyəti" sözlərindən sonra "və "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti" sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə