Dekabrın 22-də Azərbaycan Avarçəkmə Federasiyasının ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq, yığıncağın işinə uğurlar arzulayıb.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov hesabat məruzəsi ilə çıxış edərək son illərdəki fəaliyyət barədə məlumat verib.
Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov səsvermə nəticəsində Azərbaycan Milli Avarçəkmə Federasiyasının yeni prezidenti seçilib.
Yığıncaqda, həmçinin Kamil Hüseynov və Fərid Əmirov vitse-prezident, Leyla Əliyeva və Rəhman Xanlarov isə idarə heyətinə üzv seçiliblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiyanın yeni rəhbərliyinə uğurlar arzulayıb.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının yeni prezidenti Vüqar Əhmədov çıxış edərək, göstərilən etimada görə təşəkkürünü bildirib. V.Əhmədov qeyd edib ki, idman həm ölkənin nüfuzunun yüksəldilməsində, həm də insanların sağlamlığının təmin olunmasında xüsusi rol oynayır. Federasiya prezidenti Azərbaycanda avarçəkmə idmanının inkişaf etdirilməsi üçün səylə çalışacaqlarını bildirib.
Digər xəbərlər
- Bakı və İsmayıllının bu ərazilərində fasilə yaranacaq 30 İyul 2026
- Lənkəranın bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 May 2026
- Bakıda bu ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq 14 İyul 2026
- Paytaxtın bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 25 Avqust 2026
- Yasamalın bu ərazilərində fasilə yaranacaq 03 Avqust 2026