Bakı şəhəri, 19 aprel 1994-cü il
Azərbaycan Respublikasının elmi potensialını gücləndirmək, bu sahəyə gənc, ixtisaslı kadrları cəlb etmək, elmi işçilərin əmək haqqının ödənilməsində qayda yaratmaq, onların sosial müdafiəsini yaxşılaşdırmaq məqəsdi ilə, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Elmlər Akademiyası, nazirlik və idarələrin elmi və elmi-tədqiqat təşkilatlarının, ali məktəblərin, habelə digər elmi və elmi-tədqiqat idarələrinin rəhbər və elmi işçilərinin Vahid Tarif Cədvəlinə müvafiq olaraq təyin edilmiş vəzifə maaşlarına aşağıdakı məbləğdə əlavələr müəyyən olunsun:
- birinci kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 250000 manat, elmlər namizədi, alimlik dərəcəsi olan işçilərə 150000 manat məbləğində;
- ikinci kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə220000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə isə 120000 manat məbləğində;
- üçüncü kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində və digər elmi-tədqiqat idarələrində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 190000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə isə 90000 manat məbləğində.
2. Müəyyən edilsin ki:
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Büdcədən maliyyələşdirilən bir sıra idarə və təşkilatlarda çalışan işçilərinin vəzifə maaşları və tarif dərəcələri haqqında" 1992-ci il 31 dekabr tarixli, 718 nömrəli qərarının 3-cü bəndinin 3-cü abzası öz qüvvəsini itirmiş hesab edilsin.
4. Nəzərə alınsın ki, alimlik dərəcəsi olan və büdcədən maliyyələşdirilən digər müəssisə və təşkilatlarda ixtisası üzrə çalışan işçilərin vəzifə maaşlarına əlavələr Vahid Tarif Cədvəlinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 dekabr 1992-ci il tarixli 718 saylı qərarının 9-cu bəndində müəyyən edilmiş həcmdə təyin edilir.
Təsərrüfat hesablı prinsiplər əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda bu əlavələrin həcmi və ödənilmə qaydası kollektiv müqavilələrin şərtləri ilə müəyyən olunur.
Bu bənddə qeyd edilən əlavələr vəzifə maaşını təşkil etmir, lakin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınır.
5. Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinə, Azərbaycan Respublikası Elmlər Akademiyasına, Ali Attestasiya Komissiyasına, Azərbaycan Respublikası Təhsil Nazirliyinə və digər elmi və elmi-tədqiqat təşkilatlarının rəhbərlərinə tapşırılsın ki, elmi kadrların hazırlanması və onlardan istifadə edilməsinin yaxşılaşdırılması üzrə müvafiq tədbirlər görsünlər və elmi dərəcələrin verilməsinə tələbkarlığı artırsınlar.
6. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu qərarda nəzərdə tutulmuş əlavələrin büdcə təşkilatlarında maliyyələşdirilməsini təmin etsin.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərarda nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üzrə, lazım gəldikdə, müvafiq izahatlar versin.
8. Bu qərar 1994-cü ilin 1 aprel tarixindən qüvvəyə minsin.
Baş nazir
S.HÜSEYNOV
26 may 1996-cı il tarixli, 60 nömrəli qərara əsasən dəyişikliklərlə ("VneshExpertService").
VneshExpertService
bu qərarın 1-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericiliklə nəzərdə tutulmuş bütün hallarda orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınır;- alimlik dərəcəsi olan elmi işçilərin vəzifə maaşlarına əlavələr büdcədən maliyyələşdirilən təşkilatlarda büdcə vəsaiti hesabına, digər təşkilatlarda isə öz vəsaitləri hesabına maliyyələşdirilir;
- elmi, elmi-tədqiqat idarələrinin və ali təhsil məktəblərinin kateqoriyaları tabelikdən asılı olaraq, müvafiq nazirlik, komitə, baş idarələrin və dövlət şirkətlərinin təqdimatı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən təyin edilir.