"Azərbaycan Respublikasının NAZİRLƏR KABİNETİ QƏRAR # 6

Bakı şəhəri, 11 yanvar 2005-ci il

Azərbaycan Respublkası Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli 40 nömrəli "Azərbaycan respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" qərarına dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublkasının enerji sistemində aparılan struktur islahatları ilə bağlı istehlakçıların elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılmasını, istehlak olunan elektrik enerjisi dəyərinin tam ödənilməsini təmin etmək məqsədi ilə və Azərbaycan Respublkası İqtisadi İnkişaf Nazirliyinin əlaqədar nazirlik, idarə və təşkilatlarla razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublkasının Nazirlər Kabineti QƏRARA ALIR: 
1. “Azərbaycan Respublkasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublkası Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli 40 nömrəli qərarının “Əhali üçün kommunal xidməti tarifləri” 2 nömrəli əlavəsində birinci abzas çıxarılsın. 
2. Bu qərar 2005-ci il 1 fevral tarixindən qüvvəyə minir.

Azərbaycan RespublikasınınBaş naziri

A.Rasi-zadə

Digər xəbərlər