Azərbaycanda 1993-1995-ci illərdə Prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən öz başınalıqlara və xaosa son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş,ölkənin hərtərfli sosial-iqtisadi inkşafı və beynəlxalq iqtisadi sistemə inteqrasiyası ücün əlverişli şərait yaratmışdır. 1995-ci ildən başlayaraq ardıcıl aparılan iclahatlar nəticəsində iqtisadiyyatın inkşafında ciddi irəlləyiş əldə edilmiş, bir çox sahələrdə, xüsusiilə makroiqtisadi ğöstəriciləri artımında yüksək nəticələrə nail olunmuş, iqtisadi potensialı formalaşmasında həlledici rol oynayan sahibkarlığın təməli qoyulmuş və onun inkişafında əhəmmiyətli uğurlar qazanılmış, əhalinin rifah xalının yaxşılaşdırılması, sosial müdafiyəyə ehtiyacı olan insanlara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Son 5 ildə ümumi daxili məhsul 60 % kapital qoyuluşu 2,8 dəfə, orta aylıq əmək haqqı 2,2 dəfə artmışdır. Bu dövrdə dövlət büdcəsinin kəsiri 2% inflyasiyanın səviyyəsi isə 2,5% olmuşdur. Ümumi daxili məhsulda özəl bölmənin payı 1998-ci ildəki 59,5 %-dən 2003-ci ildə 73 %, o cümlədən sənayedə 26 %-dən 54 %-ə çatmışdır. Bu ğün ölkənin sosial-iqtisadi inkişafının sürətləndirmək problemləri kompleks həll etmək məqsədi ilə 10-dan çox dövlət proqramı həyata keçirilir.
Ölkədə aparılan uğurlu neft strategeiyası nəticəsində ildən ilə artan neft gəlirlərindən daha səmərəli istifadə etmək ücün Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılmışdır. Hazırda bu Fondda 800 milyon dollardan çox vəsait toplanmışdır və ondan ölkə üçün böyük əhəmiyyət kəsb edən sosial-iqtisadi lahiyələrin reallaşmasına istifadə edilir.Bakı-Tibilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisində və Şahdəniz lahiyyəsininicrasında işlər proqrama üyğun olaraq uğurla davam etdirilir.
Bütün bunlar, mövcud inkanlardan daha səmərəli istifadə etməklə, Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətə cevirilməsi, onun dünya təsərrüfat sisteminə inteqrasiyası və bu sistemdən özünə layiq yer tutması, ölkədə sosial problemlərin həlli və əhalinin güzəranının daha yaxşılaşdırılması üçün etibarlı zəmin yaratmışdır.
İqtisadiyyatda müşahidə olunan müsbət meylləri möhkəmləndirmək və daha da inkişaf etdirmək, sosial sahədə qarşıda duran problemlərin həllini sürətləndirmək məqsədi ilə qərara alıram:
1.Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyəti dövlət orqanları ilə birlikdə:
ölkənin sosial-iqtisadi həyatında əldə edilmiş dinamik inkşafın davam etdirilməsinə nəzarəti artırsın, bu sahədə qarşıya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirsin və görülən işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair son illərdə qəbul olunmuş dövlət proqramlarının (Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkşafı (2002-2005-ci illər), 2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkşaf, Avropa Sosial Xartiyasında nəzərdə tutulmuş normaların tətbiqi, Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafı, Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadı inkoşaf və digər proqramların ) icrası vəziyyətini araşdırsın, bu proqramlarda nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam həcimdə yerinə yetirilməsini təmin etsin və görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
Ölkədə işsizliyin azaldırılmasına və əhalinin, xüsusiilə gənclərin faydalı əməklə məşqulluğunu artırılmasına yönəldilmiş tədbirlər planı hazırlayıb, 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
Çadır səhərciklərində məskunlaşmış qacqınlar və məcburi köçkünlər üçün yeni müvəqqəti qəsəbələrin və evlərin tikilməsini təmin etmək, onların yaşayış şəraitini yaxşılaşdırmaq və məşqulluğunu aptırmaq məqsədi ilə 1 ay müddətində xüsusi dövlət proqramı hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
Regionların yerli risusları və digər amillər nəzərə alınmaqla, onların sosial-iqtisadi inkşafı məqsədi ilə müvafiq dövlət proqramını layihəsini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
Dünya təcrübəsində olan alternativ enerji mənbələrindən (günəş, külək,termal sular enerjisindən,kiçik su elektrik stansiyalarından) ölkədə istifadə etmək və onları inkişaf etdirmək məqsədi ilə müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
Iqtisadiyyatın hərtərəfli tərəqqisinə nail olmaq məqsədi ilə qeyri-neft sektorunun sürətli inkişafını təmin edən işlər görsun, bu sahəyə inverstisiyaların cəlb edilməsinin stimullaşdırılması istiqamətində məqsədyönlü tədbirlər kecirsin və onların nəticələri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
müəssisələrdə beynəlxalq standartlara cavab verən məhsul isteh salını və onların dünya bazarına ixracını stimullaşdıran müvafiq tədbirlər görülsün;
əhali sağlamlığını qorumaq məqsədi ilə yüksək keyfiyyətli məhsul və dərman ləvazimatlarının istehsalını və idxalını təmin edən tədbirlər (keyfiyyətə nəzarətin maddi-texniki bazasının gücləndirilməsi də daxil olmaqla) hazırlayıb həyata keçirsin;
aqrar sektorda islahatların ikinci mərhələsinə başlamaq və bununla əlaqədar lazımi tədbirlərin görülməsini sürətləndirmək məqsədi ilə (texniki servis mərkəzlərinin təşkili, fermerlərin texnika ilə daha böyük həcmdə təmin olunması, toxuculuq bazasının inkişaf etdirilməsi, yeni emal müəssisələrinin yaradılması və s.) 1ay müd-dətində müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
İqtisadiyyatın idarə edilməsi sistemində islahatların başa çatdı-rılması, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunun təkminləşdirilməsi və bir sıra hakimiyyəti orqanlarında vəzifə və səlahiyyətlərin dəqiqləşdirilməsi ilə bağlı təkliflərin 1ay müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;
neft-qaz sənayesində gəlirlərin idarə olunması üzrə uzunmüddətli strategiya barədə təkliflərini 2ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Ölkənin sosial-iqtisadi problemlərinin həlli üçün Dövlət Neft Fondundan ayrılan vəsaitin şəffaflığını qorumaq məqsədi ilə onun büdcə xərcləri çərçivəsində ünvanlı istifadəsinin təmin edilməsini təmin edən tədbirlər görülsün;
Dövlət müəssisələrində maliyyə intizamının möhkəmləndirilməsini, Gəlirlərin artırılmasını və xərclərin səmərəli istifadəsini təmin etmək məqsədi ilə 1 ay müddətində müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Dövlət büdcəsi xərclərinin strukturunun təkminləşdirilməsinə dair 2 ay müddətində təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədi ilə əmək haqqı və təqaüd sisteminin təkminləşdirilməsi istiqamətində müvafiq işlər aparsın və 2004-cü ilin birinci yarısının nəticələrinə görə onların artırılması barədə fikirlərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Əhalinin pensiya təminatını artırmaq məqsədi ilə sosial sığorta sistemində islahatların sürətləndirsin və vətəndaşların pensiya təminatı ilə bağlı yeni qanunlayihəsini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Aidiyyəti dövlət orqanları ilə birlikdə kommunal islahatların aparılması mexanizmini 2 ay müddətində hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və digər dövlət orqanları ilə birlikdə sosial sahələrdə islahatları sürətləndirsin, əhaliyə göstərilən sosial xidmətlərin keyfiyyətinin əsaslı surətdə yaxşılaşdırılması, mövcud nöqsanların və neqativ halların aradan qaldırılması üçün müvafiq tədbirlər hazırlayıb həyata keçirsin və görülən işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinə məlumat verilsin.
3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi: Sahibkarlığın inkişafı ilə bağlı qəbul olunmuş qərarların icrasını sürətləndirsin, bu işdə qarşıya çıxan maneələrin aradan qaldırılması üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görsün və görülən işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinə məlumat verilsin;
dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına uyğun olaraq özələləşdirməyə və idarəetməyə verilməsini sürətləndirsin, bununla bağlı təkliflərin 1 ay müddətində Azərbaycan Respublikası Prezidentinə məlumat təqdim etsin;
İnhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması məqsədi ilə qanunvericilik çərçivəsində zəruri tədbirlər həyata keçirsin;
Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə sahibkarlığın maliyyə resurslarına olan ehtiyacının daha dolğun ödəmək məqsədi ilə verilən kreditlər üçün girov təminatının təkmnləşdirilməsi barədə 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;
Ölkənin beynəlxalq və regional maliyyə və iqtisadi qurumlarla əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində məqsədyönlü iş aparılmasını təmin etsin.
4.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
dövlət büdcəsi vəsaitinin təyinatına görə istifadə olunmasına və vəsaiti hesabına satınalmalıra nəzarəti gücləndirsin,maliyyə intizamına riayət etməyən büdcədən maliyyəşən təşkilatlara qarşı qanunvericiliyə uyğun olaraqmüvafiq tədbirlər görülsün;
dövlət büdcəsinin tərtibi üçün elmi cəhətdən əsaslandırılmış normativlərin hazırlanmasını sürətləndirsin və büdcə sisteminin müasir tələblərə uyğyn təkminləşdirilməsi barədə 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təkliflər təqdim etsin;
5.Dövlət müəsssisələrinin, şirkətlərinin, səhmdar cəmiyyətlərinin və digər təşkilatların rəhbərdərinə tapşırılsın ki, maliyyə intizamını gücləndirsinlər, bu sahədə olan nöqsanları aradan qaldırsınlar və ödəmələr probleminin həlli istiqamətində konkret tədbirlər hazır layıb həyata keçirsinlər. Görülən işlər barədə rübdə bir dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məlumat versin.
Azərbaycan Respublikası Nazirlər Kabineti bu məsələlərin icrasını daim nəzərdə saxlasın,yaranmış vəziyyəti araşdırıb müvafiq tədbirlər görsün və nəticəsi barədə rübdə bir dəfə Azərbaycan Respublikası Prezidnttinə məlumat versin.
6.Azərbaycan Respublikasının Milli Bankı bank sistemində islahatların sürətləndirilməsinə və bank xidmətinin yaxşılaşdırılmasına dair təkliflərin 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.
7.Mərkəzi və yerli icra hakimiyəti orqanlarının rəhbərlərinə tapşırılsın ki, vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq qəbulunu,onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasına və haqlı tələblərin həll edilməsini təmin etsinlər, müvafiq icra hakimiyyəti orqanlarının aparatlarında nizam- intizamın gücləndirilməsi üçün zəruri tədbirlər görsünlər.
8. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 2003-cü il