Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,  1, maddə 17,  5, maddə 323; 2002-ci il,  5, maddə 236; 2003-cü il,  1, maddələr 23, 24,  6, maddə 279; 2004-cü il,  7, maddə 505,  8, maddə 598,  10, maddə 761; 2005-ci il,  4, maddələr 277, 278; 2006-cı il,  2, maddə 64) aşağıdakı məzmunda 276.2.8-ci maddə əlavə edilsin:

276.2.8. tələb məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barəsində verilmişdirsə.

II. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,  4, (II kitab), maddə 251,  12, maddə 835; 2001-ci il,  1, maddə 24,  7, maddə 455; 2002-ci il,  1, maddə 9,  5, maddələr 236, 248, 258,  6, maddə 326,  8, maddə 465; 2003-cü il,  6, maddələr 276, 279,  8, maddələr 424, 425,  12, (I kitab), maddə 676; 2004-cü il,  1, maddə 10,  4, maddə 200,  5, maddə 321,  8, maddə 598,  10, maddə 762,  11, maddə 900; 2005-ci il,  1, maddə 3,  6, maddə 462,  7, maddə 575,  10, maddə 904,  11, maddə 994; 2006-cı il,  2, maddələr 71, 72, 75,  5, maddə 390) aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. 177-ci maddənin Qeyd hissəsinin 2-ci bəndində və 189-cu sözləri ,189 və 189-1-ci sözləri ilə əvəz edilsin;

2. aşağıdakı məzmunda 189-1-ci maddə əlavə edilsin:

189-1. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması

189-1.1. Təbii qaz, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu enerji resurslarının talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə -

şərti maliyyə vahidi məbləğinin min mislindən üç min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır;

189-1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə

şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

189-1.3. Təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən bu məcəllənin 189-1.1-189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması

şərti maliyyə vahidi məbləğinin üç min mislindən dörd min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

189-1.4. Təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən bu məcəllənin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısını almaması -

şərti maliyyə vahidi məbləğinin dörd min mislindən beş min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

Bu məcəllənin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

III. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,  8, (II kitab), maddə 585; 2001-ci il,  7, maddə 455; 2002-ci il,  1, maddə 9,  5, maddə 233,  8, maddə 463; 2003-cü il,  6, maddə 276; 2004-cü il,  5, maddə 321,  7, maddə 505,  8, maddə 598,  10, maddə 761,  11, maddə 890; 2005-ci il,  1, maddə 4,  4, maddə 278,  6, maddə 462,  8, maddə 686,  10, maddə 874,  12, maddə 1079; 2006-cı il,  1, maddə 3,  2, maddə 64,  5, maddə 390) 215.3.1-ci maddəsində 179, rəqəmindən sonra 189-1, rəqəmi əlavə edilsin.

IV. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,  8, (I kitab), maddə 584; 2001-ci il,  1, maddə 24,  3, maddə 139,  7, maddə 455,  11, maddələr 680, 698,  12, maddə 731; 2002-ci il,  1, maddə 9,  4, (I kitab), maddə 165,  5, maddələr 234, 237, 239,  6, maddə 326,  8, maddə 463,  12, maddə 692; 2003-cü il,  1, maddələr 3, 13, 23,  4, maddələr 177, 178,  5, maddə 228,  6, maddələr 257, 276, 279,  8, maddələr 407, 425,  12, (I kitab), maddələr 676, 696, (II kitab), maddələr 713, 714; 2004-cü il,  1, maddələr 6, 7, 10, 13,  4, maddələr 200, 201, 204,  5, maddələr 313, 314, 317, 321,  6, maddə 397,  8, maddələr 596, 597,  10, maddələr 762, 779,  11, maddə 900,  12, maddə 973; 2005-ci il,  1, maddələr 5, 6  2, maddə 61,  4, maddələr 272, 273, 275, 278,  6, maddələr 462, 466,  7, maddə 576,  8, maddələr 691, 692,  10, maddələr 875, 877, 904,  11, maddələr 993, 994, 995,  12, maddələr 1083, 1085; 2006-cı il,  2, maddələr 64, 68,  3, maddələr 219, 220, 223, 225,  5, maddə 385,  6, maddə 478) aşağıdakı dəyişikliklər edilsin:

1. 101.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin altmış mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

2. 118-ci maddə aşağıdakı redaksiyada verilsin:

Maddə 118. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan məişətdə istifadə qaydalarının pozulması

Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına və ya onlardan məişətdə istifadə qaydalarının pozulmasına görə

fiziki şəxslər şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin yetmiş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

Qeyd: Bu maddədə az miqdarda dedikdə şərti maliyyə vahidinin min mislinədək olan miqdarı başa düşülür.

V. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 19 dekabr 2006-cı il

 200-IIIQD

Azərbaycan qəzetində dərc edilmişdir (8 fevral 2007-ci il,  27)

Digər xəbərlər