Azərbaycan Respublikasının
orden və medallarının təsis edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikasının aşağıdakı ordenləri təsis edilsin:
- Azərbaycan Respublikasının ən yüksək təltifi—«Heydər Əliyev» ordeni;
- «İstiqlal» ordeni;
- «Azərbaycan Respublikasının» ali hərbi ordeni—«Şah İsmayıl» ordeni;
- «Azərbaycan bayrağı» ordeni;
- «Şərəf» ordeni;
- «Şöhrət» ordeni;
- «Dostluq» ordeni;
- «Vətənə xidmətə görə» ordeni.
2. Azərbaycan Respublikasının aşağıdakı medalları təsis edilsin:
- «Vətən uğrunda» medalı;
- «İgidliyə görə» medalı;
- «Tərəqqi» medalı;
- «Hərbi xidmətlərə görə» medalı;
- «Hərbi xidmətdə fərqlənməyə görə» medalı;
- «Sərhəddə fərqlənməyə görə» medalı;
- «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı;
- «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı;
- «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)» yubiley medalı;
- «Qüsursuz xidmətə görə» medalı;
- «Dövlət qulluğunda fərqlənməyə görə» medalı;
- «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalı;
- «Polis veteranı» medalı;
- «Azərbaycan Polisinin 90 illiyi» yubiley medalı
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY
Bakı şəhəri, 10 noyabr 1992-ci il
? 370
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, ? 23, maddə 996) («VES Consultancy» LLC).
6 dekabr 1993-cü il tarixli, 753 nömrəli; 17 may 2002-ci il tarixli, 325-IIQD nömrəli; 7 noyabr 2003-cü il tarixli, 513-IIQD nömrəli; 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli; 10 oktyabr 2006-cı il tarixli, 154-IIIQD nömrəli; 16 fevral 2007-ci il tarixli, 248-IIIQ nömrəli; 16 may 2008-ci il tarixli, 605-IIIQ nömrəli; 13 iyun 2008-ci il tarixli, 639-IIIQ nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə