Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında
Əsasnamə

9.13. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda satınalan təşkilatın bir mənbədən satınalma üsulundan istifadə edilməsi qərarını təsdiq etmək;

Dövlət satınalmaları haqqında

Azərbaycan Respublikasının Qanunu

Maddə 21. Bir mənbədən satınalma metodundan istifadə şərtləri

21.1. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər:

21.1.1. satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda;

21.1.2. mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda;

21.1.3. fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə, onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda;

21.1.4. satınalan təşkilat hər hansı malgöndərəndən (podratçıdan) malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin malgöndərəndən (podratçıdan) satın alınması qənaətinə gəldikdə.

Maddə 50. Bir mənbədən satınalma proseduru

50.1. Bu Qanunun 21-ci maddəsində göstərilmiş şərtlərə əməl etməklə satınalan təşkilat təklifi və qiymət kotirovkasını cəlb etmək yolu ilə malları (işləri və xidmətləri) bir malgöndərəndən (podratçıdan) satın ala bilər.

50.2. Malgöndərən (podratçı) tərəfindən təklif edilən malların (işlərin və xidmətlərin) qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə satınalan təşkilat bu Qanunun 27-ci maddəsinə uyğun olaraq onların ehtimal olunan qiymətini hesablayır.

Digər xəbərlər