Görüşdə AzTU-nun “Energetika, elektrotexnika və avtomatika” fakültəsinin ustad proqramlarına cəlb olunan tələbələrinin və işlə təmin olunan gənc məzunlarının fəaliyyəti müzakirə olunub. Həmçinin iki qurum arasında teleprezent ( online) sistemi ilə dərslərin yeni mövzular üzrə təşkili, səriştə əsaslı dual təlim və beynəlxalq təcrübə proqramları barədə də fikir mübadiləsi aparılıb.
"Azərişıq" ASC-nin Tədris Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, 2018-2019-cu illərdə qurumun mərkəzləşdirilmiş işə qəbul proqramı üzrə işə götürülən 14 nəfərdən 9-u AzTU-nun məzunudur. Ümumilikdə, Səhmdar Cəmiyyətin baş ofisində və bölgələrdəki idarələrində çalışanların 70%-ni AzTU məzunları təşkil edir.
"Azərişıq" ASC-nin Tədris Mərkəzində universitetin II, III, və IV kurs tələbələrinə səriştə əsaslı dual təlimlər təşkil edilir. Həmin təlimlər AzTU-nun professor-müəllim heyəti tərəfindən aparılır. Təcrübə proqramlarını uğurla bitirən tələbələr müəssisənin işə qəbul proqramında iştirak etmək imkanı qazanır.
2020-ci ilin mart ayında “Energetika, elektrotexnika və avtomatika” fakültəsinin IV kurs tələbələri və magistrantlarından beynəlxalq təcrübə proqramının iştirak şərtlərinə uyğun seçilən 5 nəfər Rusiyanın Moskva Energetika İnstitutunda Rele mühafizəsi və avtomatik idarə sistemləri ( Системы релейной защиты и автоматического управления), Elektrik şəbəkə və sistemlərinin təşkili (Организация электрических сетей и системы ) üzrə (6 ay- 1 il müddətində) təlim keçəcək. Təlimi uğurla bitirənlər gələcəkdə "Azərişıq" ASC ilə 3 illik Niyyət protokolu imzalayaraq müddətsiz işə qəbul olunacaqlar.
Digər xəbərlər
- "Azərişıq" ASC Müştəri Məmnuniyyəti Sorğusunda yüksək nəticə əldə edib 06 Yanvar 2025
- Biləcəri ETSİ-də 81 saylı yarımstansiyada yeni yuvanın quraşdırılması ilə əlaqədər elektrik enerjisinin verilişində fasilələr yaranacaq 10 Yanvar 2025
- Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq 14 Yanvar 2025
- “Azərişıq” ASC Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir 16 Yanvar 2025
- Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Yanvar 2025