Azərbaycan Respublikasının Nazirlər Kabineti Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydasının təsdiq edilməsi barədə Qərar # 15

Bakı şəhəri, 22 yanvar 2002-ci il

“Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli Fərmanının 5-ci bəndinin üçüncü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.”Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). 
2.Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

 

“Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nda dərc edilmişdir (31 yanvar 2002-ci il, # 1, maddə 93)

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 22 yanvar tarixli
15 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsiQaydası

Bu Qayda #Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli Fərmanının 5-ci bəndinin üçüncü abzasına uyğun olaraq hazırlanmışdır və məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi mexanizmini müəyyənləşdirir.

1.Məskunlaşmamış qaçqın və məcburi köçkünlərin Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli Fərmanı ilə müəyyən olunmuş aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olduqda, onlara həmin müavinətlərdən yalnız biri  ən yüksəyi ödənilir.

2.Bu Qaydanın birinci bəndi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra  Komitə), xidmət təşkilatları, müavinət alanlar və pensiya təyin edən orqanlar arasında hər 6 ayda bir dəfə ödəniş sənədlərinin qarşılıqlı üzləşdirilməsi aparılır. Aparılan hesablaşmalarla müavinətlərdən bir neçəsini almaq hüququ olan məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması üçün nəzərdə tutulan məbləğlər pensiya təyin edən orqanlar tərəfindən müavinət alanların (şəhid ailəsi üzvləri, Çernobıl qəzası əlilləri, 20 Yanvar əlilləri, sosial pensiyaçılar, birinci və ikinci qrup əlillər (müharibə əlilləri və onlara bərabər tutulanlardan başqa), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) şəxsi hesablarından azaldılaraq Komitəyə köçürülür.

3.Məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra  istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və s. xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Komitənin həmin rayon (şəhər) üzrə nümayəndələri (nümayəndəsi olmayan rayon (şəhər) üzrə Komitənin aidiyyəti şöbəsi) ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, işğal olunmuş hər bir rayon (şəhər) üzrə ayrı-ayrılıqda, bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər.

Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğ hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir.

4.Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir.

5.İstehlakçıların istifadə etdikləri kommunal və digər xidmət haqları bu Qaydanın 4-cü bəndinə əsasən onların həcmi və dəyəri barədə təqdim olunmuş müvafiq maliyyə-mühasibat sənədlərinə uyğun olaraq Komitə tərəfindən mərkəzləşmiş qaydada xəzinədarlıq vasitəsilə aşağıdakı kimi ödənilir: elektrik enerjisindən istifadə haqqı  “Azərenerji”, “Bakıelektrikşəbəkə”, “Gəncəelektrikşəbəkə”, “Sumqayıtelektrikşəbəkə”, “Əlibayramlıelektrikşəbəkə"səhmdar cəmiyyətlərinə və Naxçıvan Energetika İdarəsinə sudan istifadə haqqı “ xidmət idarələrinə, o cümlədən Abşeron Regional Su Səhmdar Cəmiyyətinə, rayon (şəhər) su təsərrüfatı idarələrinə təbii qaza görə istifadə haqqı  “Azəriqaz Qapalı Səhmdar Cəmiyyətinə telefondan istifadə haqqı (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla)  Rabitə Nazirliyinə digər xidmətlər (məişət tullantılarının daşınması və s.) üzrə  müvafiq xidmət təşkilatlarına.

6.Kommunal xidmət təşkilatları elektrik enerjisi (adambaşına ayda 50 kvts. /1 yanvar 2003-cü ildən 150 kvts./ nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğaçların göstəricilərinə (sayğaç olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirirlər.

7.Bu Qayda ilə müəyyən olunur ki, istehlakçıların dəqiq siyahılarının tərtib edilməsinə və onlar tərəfindən istifadə edilmiş kommunal xidmət xərclərinin məbləğinin düzgün hesablanmasına görə məsuliyyətibilavasitə məskunlaşmamış qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları rayon (şəhər), əraziləri işğal olunmuş rayon (şəhər) icra hakimiyyətlərinin, xidmət təşkilatlarının və Komitənin aidiyyəti məsul şəxsləri daşıyırlar.

Digər xəbərlər