Oktyabrın 11-də saat 10:00-da “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Goranboyda vətəndaşları qəbul edəcək.
ASC-dən bildirilib ki, qəbulda Goranboy rayonu və Naftalan şəhərinin sakinləri iştirak edə bilərlər. Qəbul zamanı fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənəcək.
Həmin gün “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov isə Bərdədə vətəndaşları qəbul edəcək. Qurumun Bərdə şəhərində yerləşən inzibati binasında keçiriləcək qəbulda Bərdə və Tərtər rayonlarının sakinləri iştirak edə bilərlər.
Digər xəbərlər
- Cənub regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 20 May 2026
- Elektron xəritədən istifadə istehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulma prosesini asanlaşdırır 02 Mart 2026
- Bu ərazilərdə təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 27 Avqust 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 21 May 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 16 Aprel 2026