“Azərişıq” ASC 2018-ci ilin 6 ayı ərzində qarşıya qoyulan bütün tapşırıqları artıqlaması ilə yerinə yetirib. Respublikanın bütün istehlakçılarını keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün ən vacib işlər həyata keçirilib.
Bakı şəhəri və regionlarda elektrik təchizatının yaxşılaşdırılması üçün yenidənqurma işləri aparılıb. Elektrik enerjisinin keyfiyyətli təminatı üçün 6 ay ərzində 192 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, hava xətləri çəkilib və təmir olunub, müxtəlif gərginlikli dayaqlar quraşdırılıb.
2018-ci il fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin, 2018-ci il iyunun 5-də Goranboy rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə “Dəliməmmədli” və 110/35/10 kV-luq 2x40 MVA gücündə “Kürəkçay” yarımstansiyalarının açılışında iştirak edib.
Mərkəzdə elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində təhlil edilməsi, sayğacların oxunması, yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsi, sərfiyyat göstəricilərinin monitorinqinin aparılması mümkün olacaq.
“Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 22 dekabr tarixli 3535 saylı Sərəncamın icrası ilə əlaqədar “Azərişıq” ASC-nin balansına verilmiş Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarında təmir və bərpa işləri aparılır. Stansiyaların istehsal etdiyi elektrik enerjisinin ötürülməsi üçün Yeni Yaşma Külək Elektrik Stansiyasının ərazisində 20/110 kV-luq 2x40 MVA gücündə və 10/35 kV-luq 4 MVA gücündə yarımstansiyalar inşa edilib. 110 kV-luq “4-cü Yaşma” və 35 kV-luq “Yaşma Bağları” hava xətləri ilə əlaqələndirilib.
6 ay ərzində ümumilikdə 135.494 ədəd olmaqla, əhali istehlakçılarına aid 122.602 ədəd, qeyri-əhali istehlakçılarına aid 12892 ədəd uçot dəstləri bərpa olunub. Bundan əlavə ümumilikdə 100.799 ədəd, o cümlədən əhali istehlakçılarına aid 90.369 ədəd, qeyri-əhali istehlakçılarına aid 2.462 ədəd köhnə elektrik sayğacları yenisi ilə əvəz edilib. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinə görə ümumi yığım səviyyəsi hesabat dövründə 94,6 faizə çatdırılıb.
Hazırda “Azərişıq” ASC tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə abunəçilərə texniki şərtlərə dair müraciətlərin qəbulu, elektrik şəbəkəsinə qoşulması, borcun araşdırılması, borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının dəyişdirilməsi, istehlakçının balansında olan elektrik şəbəkələrdə texniki xidmətin göstərilməsi və s. xidmətlər daxil 13 növ xidmət göstərilir.
Respublikanın bütün istehlakçılarının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Digər xəbərlər
- “Azərişıq” ASC Samuxda yenidənqurma işlərini davam etdirir. 18 Mart 2024
- Kadr potensialının bilik və bacarıqlarının artırılmasında “Mühəndis hazırlığı” kursu. 04 İyun 2024
- “Enerji Təchizatı Şəbəkəsinə Qoşulma” xidməti elektronlaşdırılmışdır. 04 Oktyabr 2024
- Elektrik enerjisi üzrə yaranan debitor borcların ödənilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər 05 Noyabr 2024
- Müasir standartlara cavab verən sayğacların quraşdırılması 19 İyun 2024