Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 9-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək rayonun Abbas Mirzə Şərifzadə və İsmayıl Talıblı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Nizami RETSİ-nin ərazisində həyata keçirilən təmir-təftiş işləri zamanı Keşlə qəsəbəsi Mətləb Ağayev və Mirzə Ələkbər Sabir küçələrinin bəzi əraziləri saat 10:00-dan 14:00-dək gərginliksiz qalacaq.
Abşeron RETSİ-nə daxil olan Masazır qəsəbəsində isə saat 10:00-dan 16:00-dək Rafiq Dünyamalıyev küçəsinin 1-ci–7-ci döngələrində enerjinin verilişində fasilə olacaq.
Səbail RETSİ-nin ərazisində 400 kVA gücündə Komplekt Transformator Məntəqəsi (KTM) 630 kVA gücündə yeni KTM ilə əvəz olunacaq. Yenidənqurma işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Badamdar qəsəbəsi 3-cü yaşayış massivini əhatə edəcək.
Həmçinin 9 və 10 iyul tarixlərində Nərimanov RETSİ-nə daxil olan bəzi TM-lərdə təmir-təftiş və sınaq işləri icra olunacaq. İyulun 9-da Qarabağ, Əliəşrəf Əlizadə, Tələt Şıxəliyev, iyulun 10-da Aşıq Molla Cuma küçələrinin bir hissəsində saat 09:00-dan 13:00-dək fasilələr yaranacaq.
Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) ərazisində iyulun 9-da 35/6 kV-luq "Sarıqaya" yarımstansiyasından çıxan 6 kV-luq "Novxanı - 1" hava xəttində aparılacaq əsaslı təmir işləri zamanı "Novxanı - 1" və "Novxanı - 3" hava xətləri açılacaq. Beləliklə, saat 11:00-dan 15:00-dək Novxanı kəndinin bəzi ərazilərində enerjinin verilişi dayandırılacaq.
Aparılan təmir-bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra yuxarıda qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Digər xəbərlər
- Biləsuvar və Cəlilabadın bir sıra ərazilərində fasilə yaranacaq 10 Mart 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 09 Fevral 2026
- Elektrik enerjisinin təchizatı nəticəsində yaranan itkilər və onların azaldılması istiqamətində “Azərişıq” ASC tərəfindən görülən tədbirlər 25 May 2026
- Nizami rayonunun bu ərazisində fasilə yaranacaq 28 İyun 2026