“Azərişıq” ASC Gədəbəydə keçirilən Milli Yaylaq Festivalını ehtiyat generatorla təchiz edib.
Bu barədə “Azərişıq” məlumat yayıb. Bildirilir ki, iyulun 26-da ASC bu ilin tədbirlər planı çərçivəsində regionlarda kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərinin davamı olaraq Gədəbəy rayonuna növbəti avadanlıqlar yola salıb. Dayaqlar, 4 yeni komplekt transformator məntəqəsi (KTM), kilometrlərlə uzunluqda kabellərdən və digər zəruri avadanlıqlar rayonun 5 kəndinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdıracaq. Hazırda avadanlıqlar Gədəbəyə çatdırılıb və bunlar rayonun Plankənd, Parakənd və digər kəndlərinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması üçün istifadə olunacaq. Bu isə ümumilikdə 3 minədək abunəçinin elektrik enerjisi təchizatının yaxşılaşması deməkdir.
“Azərişıq” Gədəbəydə keçirilən Milli Yaylaq Festivalı zamanı elektrik enerjisi təchizatında fasilə yaranmaması üçün lazımi tədbirlər görüb. Bundan əlavə festivalın keçirilməsində elektrik enerjisinin təchizatında yarana biləcək hər hansı fasilənin aradan qaldırılması üçün “Azərişıq” Milli Yaylaq Festivalını ehtiyat generatorla təchiz edib.
Digər xəbərlər
- Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 18 Fevral 2026
- “Azərişıq” ASC Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırıb 04 Avqust 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 31 May 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 07 İyun 2026