Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə paytaxtın bəzi ərazilərində elektirk şəbəkələrində təmir-təftiş işləri həyata keçiriləcək. İyunun1-də saat 10:00-dan 14:00-dək Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Rüstəm Rüstəmov və Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin fasilə saat 11:00-dan 15:00-dək Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində Xudadat bəy Məlik-Aslanov, Teymur Yaqubov küçələrinin bir hissəsini, eləcə də 15 saylı şəhər poliklinikasının ətrafında yerləşən bəzi əraziləri də əhatə edəcək.
Transformator Məntəqələrində (TM) aparılan təmir-təftiş işləri ilə əlaqədar Nizami RETSİ ərazisində iyunun 2-də saat 10:00-dan 14:00-dək Qara Qarayev prospekti, Musa Əliyev, Nəsimi küçələrinin bir hissəsində, iyunun 3-də saat 10:00-dan 14:00-dək Elşən Süleymanov, Bəhruz Nuriyev küçələrinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Yasamalın bu ərazilərində fasilə yaranacaq 03 Avqust 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb 21 May 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq 21 İyul 2026
- Bu ərazilərdə təmir və ağac budanması işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 09 Sentyabr 2026
- Suraxanı rayonuna daxil olan bu ərazidə fasilə yaranacaq 01 May 2026