Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamının 1.1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 671; 2016, № 2 (II kitab), maddə 391, № 3, maddə 586) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 4.4- cü bəndində “885633532 (səkkiz yüz səksən beş milyon altı yüz otuz üç min beş yüz otuz iki)” rəqəmləri və sözləri “1460633532 (bir milyard dörd yüz altmış milyon altı yüz otuz üç min beş yüz otuz iki)” rəqəmləri və sözləri ilə, “442816766 (dörd yüz qırx iki milyon səkkiz yüz on altı min yeddi yüz altmış altı)” rəqəmləri və sözləri “730316766 (yeddi yüz otuz milyon üç yüz on altı min yeddi yüz altmış altı)” rəqəmləri və sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə