AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 83
Bakı şəhəri, 23 fevral 2016-cı il
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamının 1.1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 671) ilə təsdiq edilmiş "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 4.4-cü bəndində "623533532 (altı yüz iyirmi üç milyon beş yüz otuz üç min beş yüz otuz iki)" rəqəmləri və sözləri "885633532 (səkkiz yüz səksən beş milyon altı yüz otuz üç min beş yüz otuz iki)" rəqəmləri və sözləri ilə, "311766766 (üç yüz on bir milyon yeddi yüz altmış altı min yeddi yüz altmış altı)" rəqəmləri və sözləri "442816766 (dörd yüz qırx iki milyon səkkiz yüz on altı min yeddi yüz altmış altı)" rəqəmləri və sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə