Aran RETSİ-nin təmas xəttində yerləşən EŞ-də geniş miqyaslı yenidənqurma işləri aparılır. Məqsəd təmas xəttində yaşayan sakinlərin və həmçinin məcburi köçkünlərin məskunlaşdığı kənd və yaşayış məntəqələrini daha kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir.
Füzuli rayon Elektrik Şəbəsinin ərazisində yerləşən gücü 35/10 kV olan “Böyük Bəhmənli” yarımstansiyası gücü artırlaraq tamamilə yenidən qurulur. Bu yarımstansiya 20 minədək sakini o cümlədən məcburi köçkünlərin yaşadığı dörd kəndi, həmçinin Füzuli rayonunu içməli su ilə təmin edən nasos stansiyasını qidalandırır.
Beyləqan Elektrik Şəbəkənin ərazisində yerləşən 35/10 kV-luq “Dostluq” yarmstansiyası starteji əhəmiyyətə malikdir. Gücü artırılan yarmstansiya yenidən qurulur, avadanlıqları tamamilə yenilənib. Bu yarımstansiya hərbi hissələri, aeroportu, rayonu içməli su ilə təmin edən nasosları, artezian quyularını, qaçqın və məcburi köçkün şəhərciyini, eləcə də bir neçə iri sənaye müəssisəsini elektrik enerjisi ilə təmin edir.
Eləcə də təmas xəttində yerləşən Ağdam Elektrik Şəbəkəsinə aid 35/10 kV-luq “Xındırıstan” yarımstansiyasında da yenidənqurma işlərinə start verilib. 50 il öncə tikilən yarımstansiya 8 kənd və 1 qəsəbəni o cümlədən 220-dən çox artezian quyusunu, həmçini hərbi hissəni dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edir. Ağdamın düşmənlə üz üzə dayanan və birbaşa təmas xəttində yerləşən Əhmədağalı və Çıraqlı kəndlərində də elektrik enerji sistemi tamamilə yenədən qurulur. Kəndlər yeni Hava verliş xətləri, kabellərlə, transformator və yeni sayğaclarla təmin olunub. Ümumilikdə 2500-dək kənd sakini bundan sonra daha dayanıqlı və kefiyyətli elektirk enerjisi ilə təmin olunacaq.
Yenidən qurma işlərinin aparıldığı digər yarımstansiya İmişli rayonu ərazisində yerləşən “Bəhramtəpə” yarımstansiyasıdır. Ümumiliokdə 10 mindən çox sakinin yaşadığı ərazini elektrik enerjisi ilə təmin edən bu yarımstansiyadan həmçinin bir neçə sənaye müəssisəsi, artezian quyuları qidalanır.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qazaxda vətəndaşları qəbul edib. 29 Aprel 2024
- “Azərişıq” ASC bayramla əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 19 Mart 2024
- Məişət abonentlərinin hesablaşma elektrik sayğacları harada və necə quraşdırılmalıdır 11 İyun 2024
- “Azərişıq” ASC Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir. 10 Yanvar 2024
- “Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 98.31% ilə 5 ulduzluq rekord nəticə əldə edib 21 Fevral 2024