Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqələrində (TM) təmir işi həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək iyunun 16-da Zahid Xəlilov, Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil, iyunun 17-də isə Əsəd Əhmədov, Murad Mirzəyev, Məhəmməd Xiyabani küçələri, Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-lərdə aparılacaq təmir-təftiş işləri zamanı fasilə saat 10:00-dan 13:00-dək iyunun 16-da Rüstəm Rüstəmov, Musa Əliyev, iyunun 17-də Şirin Mirzəyev və Əliağa Kürçaylı küçələrinin bəzi hissələrini əhatə edəcək.
İyunun 17-də Salyan Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Seyidsadıqlı kəndi də yenidənqurma işlərinə cəlb ediləcək. Beləliklə, saat 10:00-dan 13:00-dək Marışlı və Seyidsadıqlı kəndləri gərginliksiz qalacaq.
Təmir-təftiş və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Təmir işləri ilə əlaqədar bir sıra ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 14 Oktyabr 2026
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- Bakı və Ağdaşın bu ərazilərində təmir işləri ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranacaq 04 Avqust 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Mart 2026
- Təmir və yenidənqurma işləri ilə əlaqədar Bakıda və Sumqayıtda bir sıra ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 12 Oktyabr 2026