"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, öz fəaliyyəti çərçivəsində qarşıya qoyulmuş bütün vəzifələrin icrası, vətəndaş məmnunluğunun daha da artırılması istiqamətində zəruri tədbirləri həyata keçirir. Eyni zamanda ölkəmizdə həyata keçirilən nəhəng quruculuq işləri ilə bağlı yeni yaradılan infrastrukturların elektrik enerjisi təlabatının qarşılanması üçün işlər davam etdirilir.
Belə ki, Səhmdar Cəmiyyət tərəfindən elektrik təchizatının etibarlılığının daha da artırılması, itkilərin azaldılması, yeni güc mənbələrinin yaradılması, elektrik verilişi xətlərinin yenilənməsi, rəqəmsal şəbəkələrin qurulması, ən son innovasiyaların və texnoloji yeniliklərin tətbiqi istiqamətində işlər görülür.
Həyata keçirilən bu tədbirlər, həmçinin, sahibkarların rahatlığına, onların operativ və şəffaf şəkildə elektrik təchizatı şəbəkəsinə qoşulmasına xidmət edir. Bu istiqamətdə Səhmdar Cəmiyyət tərəfindən həyata keçirilən mühüm tədbirlərdən biri də sahibkarlıq subyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması üzrə xidmətlərin elektron şəkildə həyata keçirilməsidir. Bu baxımdan müntəzəm olaraq Səhmdar Cəmiyyətin rəsmi intenet səhifəsində və sosial şəbəkə hesablarında paylaşımlar edilir, sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsinin artırılması baxımından materiallar paylaşılır. Görülən tədbirlər məmur-vətəndaş təmasını azaltmaqla yanaşı şəbəkəyə qoşulma işlərini daha da sürətləndirir.
Xüsusilə qeyd edilməlidir ki, mütəmadi olaraq “Azərişıq” ASC tərəfindən respublikamızın müxtəlif regionlarında sahibkarlarla keçirilən görüşlərdə elektrik təchizatı şəbəkəsinə elektron şəkildə qoşulması mövzusunda maarifləndirmə işlərinə diqqət verilir.
Digər xəbərlər
- Bakı və Sumqayıtın bu ərazilərində fasilə yaranacaq 13 May 2026
- “Azərişıq” ASC cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir 21 Yanvar 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 15 May 2026
- Elektrik enerjisinin istehlakı ilə bağlı ən çox verilən suallar 21 May 2026