Elektroenergetika sektorunda İntellektual Elektron Cihazların yarımstansiyalara inteqrasiya olunması prosesi sürətlə davam edir. Yarımstansiyalarda kommunikasiyaları əhatə edən mikroprosessorlu mühafizə və nəzarət-idarəetmə cihazları vasitəsilə yarımstansiyanı əhatə edən lokal ərazi şəbəkəsi və yaxud bütün müəssisəni əhatə edən geniş ərazi şəbəkəsi vasitəsilə maneəsiz olaraq rabitə qurmaq imkanı yaratmaqla yarımstansiyaların tikintisində yeni bir eranın başlanğıcını qoyur və beləliklə elektrik enerjisi itkilərinin azaldılmasına münbit şərait yaradır.
Burada vacib olan yalnız qoşulma tələblərinin müəyyən edilməsi deyil, eyni zamanda qoşulan cihazların düzgün məntiqlə konfiqurasiya oluna bilməsidir ki, nəticədə cihazların fəaliyyəti zamanı elektrik enerjisinə qənaət etmək mümkün olur.
Rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.
“Azərişıq” ASC yarımstansiyaların işinə və fiderlərin yükünə Bakıdakı mərkəzdən nəzarət etmək üçün bütün yeni yarımstansiyalarda məsafədən dispetçer idarəetmə və məlumatların toplanması (SCADA) sistemi quraşdırır. SCADA sistemi həm yerində, həm də məsafədən izləmək və idarə etmək üçün proqram təminatı ilə təchiz olunmuşdur. Həmçinin sistemin ümumi səmərəliliyini və məhsuldarlığını artırmaq üçün bəzi təkrarlanan, yorucu və xətalara meyilli fəaliyyətləri müvafiq proqram təminatı ilə avtomatlaşdırılır. Operatorları yarımstansiyanın konfiqurasiyası, istismarı və ya texniki xidməti zamanı zəruri olan yerli nəzarət və monitorinq imkanları ilə təmin etmək üçün hər bir yarımstansiyada İnsan-Maşın İnterfeysi quraşdırılmışdır.
0,4 kV-luq paylayıcı qurğular da daxil olmaqla bütün gərginlik səviyyələri üçün SCADA sisteminə Smart sayğaclar qoşulduqları təqdirdə əlavə nəzarətə ehtiyac qalmır, çünki Smart sayğaclar regional idarəetmə mərkəzlərinə KTM-lər, aşağı gərginlikli fiderlər və istehlakçıların vəziyyəti haqqında bütün lazımi məlumatları əldə etməyə imkan verir və beləliklə elektrik enerjisi itkilərinin azaldılması istiqamətində köklü dəyişiklik yaratmış olur.
Digər xəbərlər
- "Azərişıq" Tovuzda yenidənqurma işlərini davam etdirir 08 Avqust 2024
- Elektrik enerjisi itkilərinin azaldılması əsas hədəflərimizdəndir. 09 Fevral 2024
- Elektrik enerjisinin təchizatı ilə bağlı müraciətlərin qəbulu, onlara baxılması və bu sahədə istehlakçıların hüquqlarının qorunmasına dair daxili qaydalar 25 İyul 2024
- Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib 03 Oktyabr 2024
- Xırdalan şəhərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 29 Mart 2024