Düşmən işğalından azad edilən torpaqlarımızda sürətlə davam edən yenidənqurma işlərinin nəticəsidir ki, 30 ildən sonra doğma sakinlər Zəngilanda, Laçında, Füzulidə yaşayır. Cənab prezident İlham Əliyevin tapşırıqlarına əsasən aparılan işlər çərçivəsində “Azərişıq” ASC də üzərinə düşən vəzifəni böyük həvəs və məsuliyyətlə yerinə yetirir.
Dövlət başçısının iştirakı ilə rəsmi açılışı olan Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzi vasitəsi ilə rayon ərazisində lazımı bütün obyektləri elektrik enerjisi ilə təmin etmək mümkündür. Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzində daha çox yerli sakinlər çalışır. “Azərişıq” ASC Füzuliyə köç edən sakinləri işlə təmin edir, artıq bir neçə sahə üzrə işlə təmin edilənlər var.
Məqsədimiz odur ki, xoş gələcəyi qarşıda olan tarixi torpağımız Qarabağın yenidən qurulmasında, qayıdan sakinlərin firəvan yaşamasında "Azərişıq" olaraq bizim də payımız olsun.
Elektrik təsərrüfatının yenilənməsi yeni güc mərkəzlərinin inşası istiqamətində işlər bu gün də davam etdirilir.
Digər xəbərlər
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 18 Fevral 2026
- Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Mart 2026
- "Azərişıq" ASC-nin “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramına Şuşa və Xankəndi məktəbliləri də qoşulub 03 İyun 2026
- Bəzi ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 02 Sentyabr 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 10 Avqust 2026