“Azərişıq” ASC paytaxtda və regionlarda elektrik təsərrüfatının yenilənməsi işləri ilə yanaşı, maarifləndirici tədbirləri də davam etdirir. Belə ki, fermerlərin, sahibkarların və vətəndaşların rahat fəaliyyəti məqsədilə bölgələrdə mütəmadi görüşlər keçirilir, onların fikir, təklif və tövsiyələri dinlənilir. Həmçinin elektron xidmətlər barədə sahibkar və vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, xidmət mərkəzlərində göstərilən bütün xidmətlər haqqında ətraflı və dolğun məlumat təqdim edilir.
Görüşlər zamanı elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah olunur. Bununla yanaşı, vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər - abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğacın zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə də ətraflı məlumat verilir.
Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat paylaşılır. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılmış imkanlar vurğulanır. Abonentlərin ofis və evlərindən çıxmadan, onlayn qaydada quruma müraciət etmək imkanları ətraflı izah olunur.
Qeyd edək ki, istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasını, eləcə də elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC sahibkar və vətəndaşlarla görüşləri ölkənin bütün regionlarında davam etdirir.
Digər xəbərlər
- “AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət ediblər 10 May 2026
- Lənkəranın bu ərazilərində fasilə yaranacaq 06 Mart 2026
- Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 16 Fevral 2026
- Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Mart 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 Fevral 2026