20 oktyabr - Energetika günü münasibətilə “Azərişıq” ASC-nin “Şimal-Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) qışa hazırlıq və cəmiyyət tərəfindən görülən işlərlə tanışlıq məqsədilə jurnalistlər üçün infotur təşkil edilib.


İki gün davam edən infoturda 30 jurnalist iştirak edib. 

 

 

 

 

 

İnfoturun ikinci günündə jurnalistlər Qəbələ, Oğuz, Şəki və Qax rayonlarında “Azərişıq” ASC-nin gördüyü işlərlə tanış olublar.

 

 

 

“Şimal-Qərb” RETSi-nin Qəbələ paylayıcı şəbəkəsinin baş mühəndisi Nurməmməd Naibov bildirib ki, 35/10 kilovotluq Qəbələ yarımstansiyasiyası yenidən qurulub.

 

“Əvvəl burada iki ədəd 0,4 kilovoltluq transformator qidalanırdı. Hazırda 2 ədəd 10 kilovoltluq transformator quraşdırılıb, yeni müasir tipli açarlar qoyulub. Bu yarımstansiyadan 6579 əhali, 287-də qeyri-əhali abonenti yararlanır. Yarımstansiya əsasən, Bum qəsəbəsi və ətraf 4 kəndə xidmət edir. Köhnə yarımstansiyadan isə əsər-əlamət qalmayıb.

 

 

 

 

2017-ci ilin 9 ayı ərzində rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün şəbəkənin balansında olan 10/0,4 kilovoltluq 18 transformator əsaslı, 34 transformator isə cari təmir edilib. 110/35/10 kilovoltluq “Qəbələ” yarımstansiyasındakı bir ədəd 16 və bir ədəd 25 meqavat gücündə transformatorların əvəzinə 40 meqavat gücündə 2 transformator quraşdırılıb”.

 

 

 

Media təmsilçiləri sonra Şəki Elektrik Şəbəkəsinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar. Burada məlumat verilib ki, elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün 2017-ci ilin ötən dövründə Şəki Elektrik Şəbəkəsinin balansında olan 6/10/0,4 kilovoltluq 26 transformator əsaslı, 97 transformator isə cari təmir edilib.

 

 

 

Rayonun Baş Göynük, Kiçik Dəhnə, Köndələn, Bolludərə, Sarıca, Qayabaşı və Qaratorpaq kəndlərində 0,4 kilovoltluq elektrik veriliş xətlərində 605 ədəd yeni metal və dəmir-beton dayaq basdırılıb.

 

 

İnfotur iştirakçıları daha sonra  rayonun Cəfərabad kəndinə gediblər. 2016-cı ilin oktyabrında istismara verilən 110/35/10 kilovoltluq “Cəfərabad” yarımstansiyası ilə tanışlıq zamanı məlumat verilib ki, burada hər birinin gücü 10 meqavat olan 2 transformator quraşdırılıb. Yarımstansiya ətrafdakı 23 kəndin əhalisinə xidmət göstərir.

 

 

İstehlakçıların elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün Qax Elektrik Şəbəkəsinin xidməti ərazisindəki yarımstansiyalarda da genişmiqyaslı tədbirlər həyata keçirilib. 1958-ci ildə inşa edilən 35/10 kilovoltluq “Qax” yarımstansiyası tamamilə ləğv edilərək, yerində müasir standartlara uyğun 110/35/10 kilovoltluq yeni yarımstansiya quraşdırılıb.

 

 

 

 

Yarımstansiyanın qidalanması üçün 78 yeni dayaq basdırılıb, 12 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətti çəkilib. Yeni yarımstansiyanın istifadəyə verilməsi nəticəsində şəhər əhalisi ilə yanaşı, iqtisadi və sosial təyinatlı obyektlərin, həmçinin turizm sektorunun da fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi təmin olunub.

 

 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev həyata keçirilən işlərin əyani şəkildə görülməsinin əhəmiyyətli olduğunu deyib.

 

 

"Azərişıq" ASC 20 oktyabr Energetiklər günü ərəfəsində Şimal-Qərb bölgəsinə infotur təşkil edib. Bu gün biz bu turu yekunlaşdırırıq. Regionlarda böyük miqyaslı işlər görülüb. Şimal-Qərb bölgəsi turizm və kənd təsərrüfatı baxımından önəmli olduğu üçün ilk infotur bu regiona təşkil olundu. 

 

Şimal-Qərb bölgəsi 8 rayondan ibarətdir. Bölgə əhalisi 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin olunduğu üçün çox məmnundur. 

 

Şimal-Qərb regionundan 6 ədəd 110 kilovoltluq yeni yarımstansiya inşa olunub, 10 ədəd 35 kilovoltluq yarımstansiya qurulub, 100 min-ə yaxın ağac dayaq dəmir və beton dayaqlarla əvəz olunub. "Azərişıq" ASC 2017-ci ilin əvvəlində 0,4 kilovoltluq şəbəkələrdə yenidənqurma ili elan edib. Bu o deməkdir ki, bir başa hər bir abonentin mənzilinə qədər olan dirəklərin dəyişdirilməsi, yeni kabel xətləri, xüsusilə şimal bölgəsi soyuq, qarlı olduğu üçün köhbə kabellər özünü daşıyan, izolyasiyalı kabel xətləri ilə əvəz olunub 210 mindən artıq istehlakçısı olan regionda 200 minə yaxın əhali fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz olunub. Regionda yenidənqurma işləri davam etdirilir”. 

 

T.Mustafayev deyib ki, hava şəraitindən asılı olmayaraq "Azərişıq" ASC əhaliyə fasiləsiz xidmət göstərir. 

 

 

"Görülən işlər 100 faiz əminlik verir ki, hər bir abonent keyfiyyətli elektrik enerjisi ilə təmin olunsun. İş olan yerdə problemlərin olması təbiidir. Ancaq fərdi qaydada belə hansısa problem varsa, abonenlər 199 nömrəli çağrı mərkəzimiz var. Artıq çağrı mərkəzinə yalnız Bakı şəhərində deyil, ölkənin bütün regionlarında olan abonentlər zəng edə bilər. Bölgələrdə hansısa problem varsa  "Azərişıq" tərəfindən layihəşdirilir, problem həll edilir". 

 

“Azərişıq” ASC-nin jurnalistlər üçün təşkil etdiyi infotur iştirakçılarda zəngin təəssürat doğurub.

 

Bildirilib ki, belə infoturlar hər ay davam ediləcək. 

 

 

Digər xəbərlər