Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Siyəzəndə “Sənaye sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda sahibkarlarla görüş təşkil edib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Siyəzən Rayon İcra Hakimiyyəti, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Vergi Xidməti, Azərbaycan Biznesinin İnkişafı Fondu, İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional Bölməsi, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birgə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib.
“Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktor müavini İnam Yusifov sahibkarlarla sənaye obyektlərində yaranan və ya yarana biləcək çətinlikləri müzakirə ediblər. Həlli mümkün olan bir çox problemlər yerindəcə həll edilib. Həmçinin müvafiq lazımi qeydlər aparılıb.
KOBİA-nın sahibkarlarla təşkil etdiyi daha bir görüş Neftçalada baş tutub. "Balıqçılıq sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər" mövzusunda keçirilən tədbirdə "Azərişıq" ASC ilə yanaşı Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Neftçala Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri Publik Hüquqi Şəxs, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Dövlət Vergi Xidməti, Aqrar Kredit və İnkişaf Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu, İqtisadiyyat Nazirliyinin Aran Regional Bölməsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası, Müvəkkil kredit təşkilatları və müvafiq sahibkarlıq subyektləri iştirak edib.
"Azərişıq" ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisinin satış üzrə müavini Rac Xəlilov sahibkarları maraqlandıran sualları cavablandırıb. Həmçinin balıqçılıq fəaliyyəti ilə məşğul olan sahibkarların elektrik enerjisi ilə bağlı üzləşdiyi çətinliklər müzakirə olunub.
Qeyd edək ki, "Azərişıq" ASC fermer və sahibkarların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə regionlarda mütəmadi görüşlər təşkil edir, mövcud problemlərin operativ həlli üçün yerindəcə tədbirlər görür.
Digər xəbərlər
- "Azərişıq" ASC-də sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmasının sadələşdirilməsinə dair maarifləndirmə işləri davam etdirilir 16 Fevral 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması istiqamətində yenidənqurma işlərini davam etdirir 03 Fevral 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 May 2026
- Paytaxt və ətraf ərazilərin bir hissəsində fasilə yaranacaq 20 Aprel 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 31 Yanvar 2026