Vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC bütün regionlarda elektrik şəbəkəsini yeniləyir. Cənab prezident İlham Əliyevin tapşırıqlarına əsasən aparılan yenidənqurma işləri Kürdəmiri də əhatə edib.
Rayonun Axtaçı, Axtaçı Qarabucaq, Pirəköcə, Xəlsə, Qocalı və Hacımustafalı olmaqla 6 kəndində 0.4 və 10 kV-luq elektrik xətləri və dayaqlar yenilənib, köhnə tipli transformator məntəqələri yeni güc mərkəzləri ilə əvəz olunub. Ümumilikdə həmin kəndlərdə 16 KTM, həmçinin, yeni SMS tipli sayğaclar quraşdırılıb.
500-dən çox abonentin yaşadığı Muradxan kəndində də elektrik şəbəkəsi tamamilə yenilənir. Görülən işlər çərçivəsində kənddə yeni güc mərkəzləri – 14 KTM quraşdırılır. Kənddə yeni 0.4 və 10 kV-luq elektrik xətləri çəkilir, dayaqlar basdırılır.
Yenidənqurma işlərinə cəlb olunan kəndlərdə 1000-ə yaxın abonent dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq. “Azərişıq” ASC İnvestisiya Proqramına uyğun olaraq mərhələli şəkildə ölkənin digər regionlarında, bir sıra kənd və qəsəbələrdə də yenidənqurma işlərini davam etdirir.
Digər xəbərlər
- Ağdaş və Mingəçevirin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 23 Sentyabr 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 01 May 2026
- “Azərişıq” ASC Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırıb 04 Avqust 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 18 Fevral 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 15 May 2026