Səhmdar Cəmiyyətdə göstərilən xidmətlərin istehlakçlara əlçatan olması və operativliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu xidmətlərdən biri də abonentlərin elektrik təchizatı şəbəkəsinə qoşulmasının (ETŞ) təmin edilməsidir. Bu baxımdan Səhmdar Cəmiyyətin www.azerishiq.az internet səhifəsində “Elektrik şəbəkəsinə qoşulma” bölməsi ilə yanaşı “Elektron işıq portalı” bölməsi də yaradılmışdır. Həmin bölmələrdə, ETŞ-yə qoşulma üçün müraciət etmə qaydaları, müraciətlərin icra mexanizmləri (daxili qaydalar), o cümlədən tələb olunan sənədlərin siyahısı barədə məlumatlar öz əksini tapır.
Səhmdar Cəmiyyət tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə Elektron Hökümət Portalına inteqrasiyası davam etdirilir, elektron platforma üzərindən “online” qəbul və nəzarət sistemi tətbiq edilir. Belə ki, istehlakçılar “e-gov.az” və ya “e-service.azerishiq.az” saytından onlayn qaydada müraciət etməklə bir çox elektron xidmətlərindən yararlana bilərlər.
Elektrik təchizatı şəbəkəsinə qoşulmanın istehlakçılar üçün daha rahat və əlçatan olması üçün sahibkarlıq subyektlərinin ETŞ –yə elektron şəkildə qoşulması prosedurları üzrə video təlimat hazırlanmış və 2024-cü ilin yanvar ayı ərzində "Azərişıq ASC-nin rəsmi səhifəsinə yüklənmiş və sosial şəbəkələrdə olan səhifələrində yayımlanmışdır.
Həmçinin, cari ilin yanvar ayı ərzində ETŞ-yə qoşulma sahəsində aparılmış islahatlar və həyata keçirilən yeniliklər barədə KOB inkişaf Agentliyinin və sahibkarların iştirakı ilə Lənkəran və Sumqayıt şəhərlərində görüşlər keçirilmiş, sahibkarların sualları cavablandırılmışdır. Görüş kütləvi informasiya vasitələrində (KİV) yayımlanmışdır.
Sahibkarlıq subyektlərinin elektron poçt üzrə məlumat bazası üzərindən ETŞ-yə qoşulma ilə bağlı məlumatlar, yeniliklər və digər aidiyyəti mövzular sahibkarların elektron poçt ünvanlarına göndərilmişdir.
Sahibkarlıq subyektlərinin elektron və qeyri-elektron olaraq ETŞ-yə qoşulma statistikası azerishiq.az rəsmi internet saytında yerləşdirilmişdir.
Digər xəbərlər
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 17 May 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 İyun 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 08 May 2026
- Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üzrə xidmətlərin elektronlaşdırılması, prosesin sadələşdirilməsi yolunda mühüm addımdır 10 Fevral 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 20 Fevral 2026