Oktyabrın 14-də ADA Universitetində “Azərişıq” ASC-nin təşkilatçılığı ilə 20 Oktyabr - Energetiklər Gününə həsr olunmuş tədbir keçirilib.
ADA Universitetinin müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək, “Azərişıq” ASC-nin strateji inkişaf planından danışıb və işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, bərpa işləri və digər innovativ yeniliklərlə bağlı ətraflı məlumat verib.
Sonra Qarabağda görülən işlərdən bəhs edən “İşıqlı Qarabağ” filmi nümayiş olunub.
Tədbirdə həmçinin “Azərişıq” ASC ilə ADA tələbələri arasında qarşılıqlı əlaqələrin qurulmasına xüsusi önəm verildiyi vurğulanıb. Bu məqsədlə, respublikanın ali təhsil müəssisələrində təhsil alan tələbələrin “Azərişıq” ASC-nin strukturlarında nəzəri və praktiki təcrübə keçmək imkanlarının genişləndirilməsi, işlə təmin olunmaqla yanaşı karyera qurmaq, gələcəkdə vətənə, ölkəyə faydalı gənc mütəxəssis kimi formalaşması, eyni zamanda elektroenergetika sahəsində aparılan genişmiqyaslı müasirləşmə layihələri və bərpa olunan enerji mənbələrinin tətbiqi üzrə həyata keçirilən islahatlar haqqında məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.
Digər xəbərlər
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul edib 19 Yanvar 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq 23 İyul 2026
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 26 Yanvar 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 22 Aprel 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 08 Yanvar 2026