“Azərişıq” ASC-nin rəhbərliyi Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilərlə görüşlər keçirib.
Vətən Müharibəsindən sonra “Azərişıq” ASC-nin qarşıya qoyuduğu ən əsas vəzifələrdən biri şəhid ailələrinə və qazilərə xüsusi diqqətin göstərilməsidir.
Zəfər Günü ilə bağlı “Azərişıq” ASC-nin əməkdaşları olmuş 6 şəhidin ailəsi ziyarət olunub.
Həmçinin Vətən müharibəsində yaralanmış “Azərişıq” əməkdaşları ilə görüş keçirilib. Tədbirdə qazilər diplom və mükafatlarla təltif ediliblər.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində “Azərişıq” ASC-nin 300-dək əməkdaşı iştirak edib. Onlardan 6 nəfəri şəhid olub, 32 nəfər isə yaralanıb.
Digər xəbərlər
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının 8-ci regional turu təşkil olunub 20 Sentyabr 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Səbail rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 May 2026
- Bu rayonlarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 04 Oktyabr 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 26 Fevral 2026