“Azərişıq” ASC regionlarda əsaslı təmir və yenidənqurma işlərinə paralel olaraq maarifləndirici tədbirlər həyata keçirir, bölgələrdə yerli sakinlərlə mütəmadi görüşlər təşkil olunur. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən belə tədbirlərdən biri Gəncədə baş tutub. Sentyabrın 18-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qərb Regional Şəbəkələrin Baş İdarəetmə Mərkəzində Gəncə, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Qəbulda iştirak edən vətəndaşlar regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkənin bütün regionlarında mütəmadi olaraq maarifləndirmə tədbirlərini davam etdirir. Bölgələrdə vətəndaşlarla görüşlər keçirilir, onların təklif və tövsiyələri dinlənilir.
Digər xəbərlər
- Elektrik enerjisinin təchizatı nəticəsində yaranan itkilər və onların azaldılması istiqamətində “Azərişıq” ASC tərəfindən görülən tədbirlər 25 May 2026
- Yasamal və Nizami rayonlarının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 01 İyul 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- Suraxanının bu ərazilərində fasilə yaranacaq 06 Fevral 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 23 Aprel 2026