Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov martın 10-da saat 10:00-da Hacıqabul şəhərində Hacıqabul və Şirvan rayonlarından olan vətəndaşları qəbul edib. Qəbul Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində yerləşən “Azərişıq” ASC-nin Hacıqabul Elektrik Şəbəkəsinin inzibati binasında keçirilib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Digər xəbərlər
- “Azərişıq” ASC “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən 3-cü dəfə ardıcıl olaraq birinci yerə layiq görülüb 23 Fevral 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 22 Aprel 2026
- Elektrik enerjisinin təchizatı nəticəsində yaranan itkilər və onların azaldılması istiqamətində “Azərişıq” ASC tərəfindən görülən tədbirlər 25 May 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 17 May 2026
- Elektrik enerjisinin istehlakı ilə bağlı ən çox verilən suallar 21 May 2026