Fevralın 21-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şamaxıda vətəndaşları qəbul edib. Qəbulda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Əhalinin müraciətlərini dinləyən V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar strukturlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.
Məlumata görə qəbula yazılanların əksəriyyəti Şamaxı və Qobustan kəndlərində elektrik şəbəkəsinin yenidən qurulması üçün son zamanlar “Azərişıq” ASC tərəfindən görülən işlərə görə minnətdarlıq ifadə ediblər. Sakinlər bildiriblər ki, Prezident İlham Əliyevin bölgələrdə elektrik enerjisi təchizatını Bakının səviyyəsinə qaldırmaq barədə verdiyi göstərişin yerinə yetirilməsinin nəticələrini artıq Şamaxı və Qobustan kəndlərinin sakinləri görməkdədir. Onlar evlərinin elektrik enerjisi ilə keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsinə görə ölkə başçısına minnətdarlıqlarını çatdırıblar.
Qəbulda vətəndaşların əlavə araşdırma tələb edən müraciətləri də nəzarətə götürülüb, onların operativ həlli üçün müvafiq struktur bölmələrə yönəldilib. “Azərişıq” ASC-nin fəaliyyətinə aid olmayan müraciətlər isə qeydə alınıb, onların aidiyyatı üzrə göndəriləcəyi bildirilib.
Digər xəbərlər
- İstehlak olunan elektrik enerjisi üzrə yaranmış debitor borcların ödənilməsi istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına müsbət təsir edir 07 Oktyabr 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 18 Fevral 2026
- Paytaxtın bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 25 Avqust 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının son finalçısı da müəyyənləşib 07 Oktyabr 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026