2015-ci ildə “Azərişıq” ASC yaradılanadək şirkətdə elektrik enerjisi özrə texniki itki 13,9% təşkil etmiş, 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə, 2019-cu ildə isə 9,7%-ə qədər azaldılmışdır. 2020-ci il üzrə texniki itki göstəricisinin 0,8% azaldılmaqla 8,9%-dək azaldılması proqnozlaşdırılıb.
Bu barədə Cəmiyyətin Mətbuat Xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.
Onun sözlərinə görə, bu gün də "Azərişıq" ASC texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün zəruri texniki tədbirləri davam etdirir. Bu məqsədlə elektrik şəbəkələrində əsaslı yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə də uçot sistemi təzələnərək sayğaclar yenilənir. 2015-2020-ci illər ərzində, ümumilikdə 1 milyon 300 minə yaxın abunəçi yeni sayğaclarla təchiz edilmişdir ki, bunun da 1 milyon 157 mini əhali, 142 min 309-u isə qeyri-əhali abonentərinə aid uçot nöqtələri təşkil etmişdir. 2020-ci ilin 8 ayında isə ümumilikdə 151 045 abonent yeni sayğacla təchiz edilmiş və bunun da 142 808-i əhali, 8 237-i isə qeyri-əhali abonentlərinə aiddir. 2019-cu ilin 8 ayı ərzində texniki itki səviyyəsi 9,7%, 2020-ci ilin 8 ayında isə bu göstərici 0,7% azalaraq 9,0%-ə endirilib. Ümumilikdə, “Azərişıq” ASC üzrə son 5 il ərzində texniki itki səviyyəsinin 5% azalmasına nail olunub” - deyə Vaqif Mustafayev əlavə edib.
O, qeyd edib ki, “Azərişıq” ASC tərəfindən respublikanın bütün kənd və qəsəbələrində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı geniş miqyaslı işlər həyata keçirilir: "Son 5 ildə 500-dən çox kənd və qəsəbələrdə, cari ilin 8 ayında isə 50-dən çox inzibati ərazi vahidliklərində (0,4 kV-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq, ümumilikdə yüz minlərlə istehlakçının 24 saat ərzində dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı tam təmin olunub".
Digər xəbərlər
- Ağdaş, Goranboy və Yevlaxın bu ərazilərdə təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 28 Sentyabr 2026
- Elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulma prosesinin sadələşdirilməsi proseduru “Azərişıq” ASC tərəfindən davam etdirilir 13 Yanvar 2026
- Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə olacaq 16 May 2026
- "Azərişıq” ASC və Dövlət Məşğulluq Agentliyinin birgə layihəsi çərçivəsində işsiz və işaxtaran şəxslər enerji sektorunda yeni iş imkanları əldə ediblər 08 İyul 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib 24 Aprel 2026