Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC Saatlı və Sabirabadın bir sıra kəndlərində elektrik təsərrüfatının yenidən qurulması işlərini davam etdirir. Saatlının Hacıqasımlı, Kamallı kəndlərində 0.4 və 10 kV-luq elektrik şəbəkələri tamamilə yenilənib. 0.4 kV-luq metal dayaqlar əkilib, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilib. Adı çəkilən kəndlərin hər birində 6 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb.
Saatlının Nabatkənd, Çolpı, Nərimankənd, Musalı, Əlisoltanlı və Dəllər kəndlərində də layihə üzrə elektrik şəbəkələri yenilənib. Sözügedən kəndlərdə ümumilikdə 50-dək yeni güc mərkəzi yaradılıb.
Sabirabadın Əhmədabad kəndində 0.4 və 10 kV-luq köhnəlmiş dayaqlar yeni metal dayaqlarla əvəz olunur. Həmçinin 0.4 kV-luq ÖİN kabel xətti çəkilir, sayğaclar yenilənir. Kənddə 9 ədəd müasir tipli KTM-in quraşdırılması nəzərdə tutulub.
Saatlı və Sabirabad rayonları da daxil olmaqla ümumilikdə Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 18 kənddə yenidənqurma işləri aparılır.
Şirvan RETSİ ilə yanaşı “Azərişıq” ASC ölkənin bütün regionlarında əsaslı təmir və quruculuq işlərini davam etdirir. Görülən işlər vətəndaşların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Digər xəbərlər
- Ölkənin bu ərazilərində fasilə yaranacaq 07 İyul 2026
- Yenidənqurma işləri ilə əlaqədar Bakı və Abşeronun bu ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 07 Oktyabr 2026
- Təmir işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bu ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 15 Oktyabr 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 04 İyun 2026
- Yasamalın bu ərazilərində fasilə yaranacaq 03 Avqust 2026