
“Azərişıq”ASC Dövlət Məşğulluq Xidməti ilə birgə əhalinin məşğulluğu sahəsində aktiv iştirak edir və mütəmadi olaraq bütün rayon elektrik şəbəkələrində vətəndaşların işlə təmin olunmasını həyata keçirir. “Azərbaycan Respublikası regonlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası haqqında ölkə prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq keçirilən belə tədbirlərdən biri də, bu gün Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının binasında baş tutub.
“Azərişıq” ASC-nin İnsan Resursları Departamentinin direktoru Xalid Təhməzovun başçılığı ilə keçirilən tədbirfə İşə Qəbul Komissiyası qəbulun şəffaf şəkildə həyata keçirilməsi, vakant yerlərə ən layiqli namizədin seçilməsi, müvafiq biliyə, təcrübəyə və peşəkarlığa malik şəxslərin Səhmdar Cəmiyyətdə işə götürülməsi üçün müsabiqə təşkil ediblər. Müsabiqə əsasən gənclərdən ibarət kadrlarla aparılıb.
Qeyd edək ki, bu cür imtahanlar İşə Qəbul Komissiyası tərəfindən yazılı (test formasında) və şifahi qaydada aparılır, müvəffəq qiymət almış namizədlər “Azərişıq” ASC-nin Tədris Mərkəzində 10 günlük kurslara cəlb edildikdən və müvafiq təlimatlarla tanış olduqdan sonra işə buraxılırlar.
Onu da nəzərə çatdıraq ki, “Azərişıq” ASC-nin kadr ehtiyatının formalaşdırılması zamanı bir neçə mənbədən istifadə olunur. Bunlar əsasən Dövlət Məşğulluq Mərkəzinin göndərişi ilə gəlmiş namizədlərdən, vətəndaşların birbaşa müraciətlərindən, kütləvi informasiya vasitələrində verilən elanlardan, Səhmdar Cəmiyyətin rəsmi internet saytına göndərilən CV-lərdən, ali, orta, texniki peşə və ya digər təhsil müəssisələrindən peşəkar ixtisaslı kadrların cəlb edilməsindən, habelə ASC-nin struktur bölmələrindən təklif olunan namizədlərin CV-lərindən. “Azərişıq” ASC bu cür müsabiqələri davam etdirəcək.
Digər xəbərlər
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 19 Avqust 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Yanvar 2026
- Bakı və Sumqayıtın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 20 Avqust 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Mart 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq 23 İyul 2026